İDMAN


Premyer Liqa: "Zirə" Gəncə səfərindən qələbə ilə dönür

Bakı, 20 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti günündə "Kəpəz” komandası Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rəvan Həmzəzadə idarə etdiyi matçın ilk hissəsinin 22-ci dəqiqəsində Nicat Qurbanov "Zirə"ni hesabda irəli çıxarıb.

Görüşün ikinci hissəsində hesab arasındakı fərq iki topa çatıb. Matçın 49-cu dəqiqəsində Təmkin Xəlilzadə fərqlənib. T.Xəlilzadə oyunun 87-ci dəqiqəsində özünün ikinci, komandasının 3-cü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib – 3:0.

Beləliklə, iki turdan sonra “Zirə” 6 toplayıb və turnir cədvəlində liderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.