İDMAN


Premyer Liqanın XX turu “Səbail”in futbolçusu üçün əlamətdar olub

Premyer Liqanın XX turu “Səbail”in futbolçusu üçün əlamətdar olub

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XX turu “Səbail”in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib. Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. C.Əmirli 100 qarşılaşmada 2 qola imza atıb.

Müdafiəçi Premyer Liqada 2016/2017-ci il mövsümündə debüt edib. O, bu müddətdə 4 klubun formasını geyinib. “Keşlə”də 45 (1 qol), “Səbail”də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu “Sumqayıt”da 7, “Neftçi”də 4 oyuna çıxıb.

Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub. Sonuncu dəfə 2022-ci il oktyabrın 8-də “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Səbail” 115 gündən sonra 3 xal qazanıb. Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.