DÜNYA
Prezident Əbdülfəttah əs-Sisi: Misir ordusu Körfəz ölkələrini müdafiə etməyə hazırdır
Qahirə, 6 noyabr, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib ki, zərurət yaranarsa, Misir ordusu Körfəzdəki Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurasına daxil olan ölkələri müdafiə etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, Misir dövlətinin başçısı bu fikri bir sıra xarici KİV-lərə müsahibəsində söyləyib.
Prezident deyib: “Əgər Körfəz ölkələri hər hansı dövlət tərəfindən təhdidə və ya birbaşa təhlükəyə məruz qalarsa, bu halda Misir xalqı öz rəhbərliyindən də əvvəl bunu qəbul etməyəcək və öz qardaşlarını müdafiə etmək üçün qüvvə göndərəcək”.
Misir Prezidentinin sözlərinə görə, başqa dövlətlər ərəb ölkələrinin, xüsusən Körfəz ölkələrinin milli təhlükəsizliyinə hörmət etməlidirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]