Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüşlər davam etdirilir. Bu qəbildən olan növbəti görüş oktyabrın 14-də videokonfrans formatında keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin 70-dək deputatı iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan tarixi günlər yaşayır. Xalqımız və dövlətimiz sözün həqiqi mənasında Vətən müharibəsi aparır. Ölkəmiz bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də mühüm uğurlar qazanmaqdadır. Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, yüksək diplomatik səriştəsi və qətiyyəti sayəsində Azərbaycan düşmənə bütün cəbhələrdə böyük məğlubiyyətlər yaşadır. Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatların qarşısının alınması, şanlı Ordumuzun parlaq əks-hücum əməliyyatları hər birimizi fərəhləndirir, qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır. Ordumuzun zəfər yürüşü zamanı şəhidlərimizin də olduğunu vurğulayan Spiker Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib.

Milli Məclisin Ermənistanın 27 sentyabrdan başlayaraq törətdiyi hərbi təxribatlar, həmçinin Gəncəni və digər şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanladığını bildirən Sahibə Qafarova məlumat verib ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə 130, həmçinin 11 beynəlxalq təşkilata məktublar göndərilib. Müraciətlərdə baş verənlərlə bağlı geniş məlumatlar verilib və beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə adekvat münasibətin bildirilməsinə çağırış olunub. Onun sözlərinə görə, artıq bəzi ölkələrin parlamentləri ölkəmizə öz dəstəklərini ifadə ediblər. Həmçinin Sahibə Qafarova bu müddət ərzində bir sıra ölkələrin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları apardığını, 10-a yaxın ölkənin səfirləri ilə görüşlər keçirdiyini, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verildiyini diqqətə çatdırıb.

Sədr bu müddətdə Milli Məclisin əksər deputatlarının müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etməsinin, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməsinin təqdirəlayiq olduğunu bildirib. Həmçinin məlumat verilib ki, Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.

Çıxışında daha sonra ölkəmizdə həyata keçirilən siyasi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verən Spiker qeyd edib ki, Azərbaycanın dinamik inkişafını şərtləndirən mühüm məsələlərdən biri ardıcıl həyata keçirilən islahatlardır. Bu islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir. “Əlbəttə ki, hər bir inkişaf və tərəqqinin əsasında uğurlu islahatlar dayanır və biz Azərbaycanın müsbət nümunəsində bunu aydın şəkildə görürük”, – deyən Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların mühüm bir hissəsini siyasi islahatlar təşkil edir. Bu islahatlar demokratikləşmə prosesinin daha uğurlu həyata keçirilməsini təmin edir, eyni zamanda, siyasi münasibətlər sistemində yeni keyfiyyət göstəricilərinin meydana gəlməsini şərtləndirir. O bildirib ki, bu gün Azərbaycanda siyasi sistemin komponentləri arasında müsbət münasibətlər qurulub.

Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edib. O, dövlətimizin başçısı tərəfindən aparılan siyasi-hüquqi islahatlar və onların nəticələrindən danışaraq, ölkədə yeni siyasi konfiqurasiya, qabaqcıl siyasi mədəniyyət və dialoq mühitinin formalaşdığını, qısa müddət ərzində faktiki fəaliyyətdə olan 52 partiyadan 51-i ilə görüş keçirildiyini, 2011-ci ildən sonra ilk dəfə 6 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, 11 siyasi partiyanın qurultaylarının keçirildiyini və nəticələrinin dövlət qeydiyyatına alınmaqla fəaliyyətlərinə legitimlik gətirildiyini bildirib. Şöbə müdiri dövlətçiliyin təməl prinsipləri ətrafında milli vəhdətin dərinləşməsi kimi məsələlərə toxunaraq, siyasi partiyaların ərazi bütövlüyümüzün bərpası üçün mübarizədə həmrəylik nümayiş etdirməsini və 32 illik fəaliyyət tarixində ilk dəfə olaraq 51 partiyanın vahid mövqe ilə Ali Baş Komandanı birmənalı dəstəkləmələrini və onun atdığı addımları müdafiə etmələrini, habelə bu partiyalar tərəfindən beynəlxalq təşkilatlara ünvanlanmış Azərbaycanın haqq səsini əks etdirən birgə müraciətləri xüsusi vurğulayıb.

Ədalət Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında və ötən müddət ərzində həyata keçirdiyi fəaliyyətdə nəzərəçarpan mütərəqqi yenilikləri qeyd edərək, qanunverici orqanda sağlam, demokratik mühit yarandığını, dövlət əhəmiyyətli məsələlərə vaxtında reaksiya verildiyini, parlamentin nüfuzunun həm ölkədə, həm də xaricdə yüksəldiyini bildirib.

Şöbə müdiri, həmçinin qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə danışaraq, indiyədək Milli Məclisin rəhbərliyi və deputatları ilə, o cümlədən parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri ilə müxtəlif formatlarda həm qrup, həm də fərdi görüşlər keçirildiyini, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu qeyd edib. Ədalət Vəliyev deputatları seçiciləri ilə işin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına verilmiş aidiyyəti tapşırıqlar barədə məlumatlandıraraq, dövlətimizin başçısının göstərişinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlərdə, habelə yerli icra hakimiyyəti başçılarını qəbul edərkən bu məsələləri xüsusi diqqətə çatdırdığını, deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində əlaqələndirici şəxslərin müəyyən edildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi üçün deputatlara dair mövcud gözləntilər diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr və 9 oktyabr tarixlərində etdiyi müraciətlərin ölkənin müqəddəratının inamlı əllərdə olduğunu bir daha sübut etdiyini, Vətənini sevən hər bir azərbaycanlıya qürur və iftixar hissi yaşatdığını qeyd edən şöbə müdiri Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qətiyyətli döyüşlər apardığı bu günlərdə hər kəsin yüksək ruh yüksəkliyi və vətənpərvərlik nümayiş etdirərək Ordumuza, Ali Baş Komandana dəstək vermək niyyətində olduğunu deyib. O, həmçinin Birinci vitse-prezident xanım Mehriban Əliyevanın istər pandemiya ilə mübarizə, istərsə də Ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin, çağırışlarının və bəyanatlarının milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfə verdiyini bildirib.

Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, deputatlar - Vahid Əhmədov, Azay Quliyev, Rüfət Quliyev, Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Aqil Abbas, Azər Badamov və Nəsib Məhəməliyev çıxış ediblər. Çıxışlarda ölkə Prezidenti tərəfindən aparılan çoxşaxəli islahatların gətirdiyi müsbət nəticələr, Milli Məclisin bu islahatlar prosesində iştirakı və verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri müzakirə edilib, aidiyyəti təkliflər səsləndirilib. Deputatlar, həmçinin Ali Baş Komandanın atdığı hər bir addımı müdafiə etdiklərini, rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edildiyi bu şərəfli günlərdə bütün səylərini onun dəstəklənməsinə yönəltdiklərini, bu işi inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.

Tədbirin sonunda Ədalət Vəliyev çıxışlar zamanı səsləndirilən bütün təkliflərin diqqətlə öyrəniləcəyini və Milli Məclis rəhbərliyi ilə ətraflı müzakirə ediləcəyini bildirib. O, həmçinin bütün cəmiyyətimizdə olduğu kimi, Milli Məclisdə də hökm sürən yüksək ruh yüksəkliyinin, Ali Baş Komandana olan sonsuz etimadın və həmrəyliyin Böyük Qələbəyə nail olmağımız yolunda əhəmiyyətini vurğulayaraq, işğal edilmiş bütün torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, həmin ərazilərdə bütün mədəni-mənəvi sərvətlərimizin bərpa ediləcəyinə, yeni həyat qurulacağına əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xorvatiya parlamentinə seçkilərdə baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib