SİYASƏT


Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq

Bakı, 17 noyabr, AZƏRTAC

Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri olacaq. Səfər çərçivəsində xeyli sənədin imzalanması nəzərdə tutulur. Bu cür yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün Azərbaycanla Belarus arasında münasibətlər siyasi, iqtisadi, ticari, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir. İki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır. Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafına daha güclü təkan verəcək. Dövlətimizin başçısı bu günlərdə Belarusun Azərbaycandakı səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.