Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib YENİLƏNİB

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin

çıxışı

-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim.

Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik.

İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq.

Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir.

Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil.

Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiya Ukraynaya 25-ci hərbi yardım paketini təqdim edəcək

Professor: Ortaq əlifba Türk xalqlarının anlama mədəniyyətini formalaşdırdı

DİN rəsmisi: Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib

Formula 1: Ferstappen Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşündə birinci olub

Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib  YENİLƏNİB

Cari ilin 8 ayında Azərbaycanda yaşıl enerji istehsalı artıb

Qazaxıstan Senatı TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına dair Sazişi ratifikasiya edib

Bakıda Ümumdünya Cuuri Dili Həftəsi çərçivəsində tədbir keçiriləcək

Bakı metrosunda qatarların hərəkəti payız-qış mövsümünə keçirilir

Professor Yusif Seyidov haqqında məqalələr toplusu nəşr olunub

Formula 1: Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə növbəti qəza baş verib

Ermənilərin Qərbi azərbaycanlı ailəyə yaşatdığı iztirablar - “Deyiblər ki, anbardakı azərbaycanlıları yandıracaqlar”

Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Türkiyədə keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında təmsil olunur

Almaniya ciddi böhranla üz-üzədir, ölkə sənayesizləşmə təhlükəsi ilə qarşılaşır

Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib

“AzerGold”un icra etdiyi “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla yekunlaşıb

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin kitabxanasına DİM-in nəşrləri təqdim edilib

Qazaxıstanlı publisist: Ermənistanın silahlandırılması revanşizmi qızışdırır

Yüksək dağlıq ərazilərdə yağışın qara keçəcəyi ehtimalı var

Güzgülərə baxıb bəzənmir, güzgüləri bəzəyir – Qədim əşyalara “ikinci həyat” da verir REPORTAJ

Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşü başlayıb

Agentlik: Bağçaların həftəlik iş rejimi və gündəlik iş saatı müəssisənin nizamnaməsi ilə tənzimlənir

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib VİDEO

TKTA vətəndaşlara xaricdə “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalında yeni cihazlar pasiyentlərin istifadəsinə verilib

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

Misir Nefertitinin büstünü Almaniyadan geri qaytarmaq əzmindədir

Sinxua agentliyi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Naxçıvanda 5 sosial xidmət müəssisəsi tikiləcək

Antiterror tədbirləri - tariximizin qürur səhifəsi

Paytaxtın Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub

GDU-da 600-dən çox bal toplayan tələbələrə əlavə təqaüd veriləcək

Almanların üçdə ikisi Olaf Şoltsun yenidən kansler postuna namizədliyinə qarşıdır

Suraxanı rayonunda şəhidlərin və qazilərin məktəbli övladları ilə görüşlər keçirilib

Rus Dram Teatrının sentyabrın 16-dan 30-dək repertuarı

USAID-in Ermənistana yardım paketini artırması Bakının mövqeyini azaltmaq niyyəti daşıyır ŞƏRH

SHXÇDX-nin rəisi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

“Baku Steel Art 2024” sərgisində 7 ölkədən rəssamlar iştirak edəcək

Polşalı jurnalist: Azərbaycan Qran-Prisini işıqlandırmaq üçün ideal şərait yaradılıb

Vyetnamda qasırğa qurbanlarının sayı 233 nəfərə çatıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib

Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

® Su ehtiyatlarının idarəedilməsində Niderland təcrübəsi

Direktor müavinləri üçün təlimlər keçirilir

Londonda Benksinin əsərini oğurlayan iki nəfər məhkəmə qarşısına çıxarılıb

DİM Xankəndi şəhər 4 nömrəli tam orta məktəbə kitablar hədiyyə edib

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

Aqrar Xidmətlər Agentliyinin sədri: İqlim dəyişikliyi və davamlı inkişaf keyfiyyətli toxum istehsalının əhəmiyyətini daha da artırmaqdadır

Şərqi Zəngəzurda fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılır

ICESCO süni intellekt üzrə İslam dünyasının Etika Xartiyasını təqdim edib

Rusiya altı britaniyalı diplomatın akkreditasiyasını ləğv edib

Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar

BANM-də 18 ölkənin gənc liderlərinin iştirakı ilə panel müzakirələri aparılıb

Beynəlxalq yay məktəbinin iştirakçıları Aqrar Universitetdə olublar

“İqtisadi artım” İşçi qrupunun növbəti iclası keçirilib

ABŞ və Britaniya Kiyevə Rusiyanın dərinliyinə zərbə endirmək icazəsi verməyəcək

Bakıda Formula 2 üzrə sərbəst yürüşün qalibi bəlli olub

III “Yüksəliş” müsabiqəsinin qalibi ilə gələcək planlar barədə fikir mübadiləsi aparılıb

SOCAR-ın yaranmasından 32 il ötür

Avstriyada irqçilik, islamofobiya və antisemitizm zəminində cinayətlərin sayı artır

Ukrayna Qərb tanklarını döyüş meydanında istifadə etməkdən çəkinir

Badri Naçkebia: Yaratdığı gərginliyə görə regionda heç bir dövlət ABŞ-la sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

Mehmet Emin Bay: Köçəri Oyunları türk xalqlarını yaxınlaşdırır

Həftəsonu Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

Mütəxəssis: Məktəblilərin qidası zehni və fiziki aktivliyi təmin edəcək maddələrdən ibarət olmalıdır

“İstisu” mineral su zavodunun idarəetmə sistemləri sertifikatlaşdırılıb

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüş start götürüb

Şəhid anası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib

Nigeriyada daşqınlar nəticəsində azı 37 nəfər ölüb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcək

Şəhid mayor Elxan Nəcəfinin ailəsi ziyarət edilib

BDU-105: Azərbaycanda riyaziyyat, mexanika üzrə elmi məktəblərin yaranmasında önəmli rol oynayan fakültə

Faktiki hava: Şahdağın yüksək dağlıq ərazilərinə qar yağıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb

Metyu Brayza: ABŞ istəyir ki, strateji əhəmiyyətli regionlar, o cümlədən Cənubi Qafqaz daha çox onunla əməkdaşlıq etsin ŞƏRH

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan Premyer Liqası: VI tura 1 oyunla start veriləcək

UNESCO: Sudanda münaqişə tərəfləri mədəni irs abidələrini talan edir

Professor: Qarabağ və Şərqi Zəngəzurun dərman bitkiləri əsasında beynəlxalq səviyyəli tədqiqatlar aparırıq

Formula 1 Azərbaycan Qran-Prisinin qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yaxşılaşıb

DİN Formula 1 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb

Cənubi Koreya Prezidentinin dəstək reytinqi 20 faizə enib

Xocalı şəhər 1 nömrəli tam orta məktəbə DİM-in müxtəlif nəşrləri təqdim edilib

Direktor: 32 ildən sonra ilk dəfə Xocalı şəhər 1 nömrəli məktəbdə ilk zəng vurulacaq

AKTA və ETX nümayəndələri Qazaxıstanda kibertəhlükəsizliyə həsr olunmuş tədbirlərdə iştirak ediblər

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək

İtaliya mətbuatı Azərbaycanın Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsindən yazıb

Pekində 11-ci Syanşan Forumu keçirilir

Dünyanın ilk göz transplantasiyası resipiyentinin səhhətində ciddi yaxşılaşma müşahidə olunur

İsveçrə qəzetində Azərbaycanda ordu quruculuğundan bəhs edilən məqalə dərc olunub

ATƏT DTİHB-in müşahidə missiyası Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün işə başlayıb

Britaniyanın bəzi bölgələrində qütb işıqları müşahidə edilib

Britaniyanın Baş naziri Vaşinqtonda səfərdədir