SİYASƏT


Prezident Ərdoğan: Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq

Bakı, 16 iyun, AZƏRTAC

Bu bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışında bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq”.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycana NATO-nun Zirvə toplantısından gəlib. “NATO-nun Zirvə toplantısında da məhz bu məsələləri müzakirə etdik, bunları dəyərləndirdik. Çox şükür, səmərəli görüşlərlə buraya gəldik. Amma dünyanın problemləri bitmir, dünyada həll ediləcək hələ çox problemlər var. Amma dik dursaq, möhkəm dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah, mədəniyyət günəşimizi yenidən ən yüksək zirvəyə qaldıraraq, sülhü və ədaləti bölgəmizdə və dünyada hakim edəcəyimiz günlər yaxındır”, - deyə Ərdoğan vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.