SİYASƏT


Prezident: Azərbaycanın Avropa ailəsinə dəvət olunması deməyə əsas verir ki, əlaqələrimizin çox gözəl perspektivləri var

Bakı, 6 oktyabr, AZƏRTAC

Avropanın Azərbaycanı bu tədbirə dəvət etməsini əlbəttə ki, yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, hələlik bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq fikir demək mümkün deyil. Amma hər halda həm Avropa İttifaqına, həm də ev sahibi Çexiyanın Azərbaycanı Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.