Prezident Bayden Ağ evin yeni mətbuat katibinin adını elan edib
AzerTAg.az
Vaşinqton, 6 may, AZƏRTAC
Bir qədər əvvəl tezliklə Ağ evin mətbuat katibi vəzifəsindən gedə biləcəyini elan etmiş 43 yaşlı Cennifer Rene Psaki mayın 13-də bu vəzifəni tərk edəcək.
AZƏRTAC Ağ evin bəyanatına istinadla xəbər verir ki, Psakinin yerinə bu vəzifəyə onun müavini Karin Jan-Pyer təyin edilib.
Keçən ilin may ayından bəri hər gün mətbuat üçün brifinq keçirən Karin Jan-Pyer ABŞ tarixində bu vəzifəyə təyin olunmuş ikinci afro-amerikalı qadın idi. Bayden Prezident vəzifəsində fəaliyyətə başlayandan Karin Jan-Pyer Ağ evin ictimaiyyətlə əlaqələr qrupunda işləyirdi, bundan əvvəl isə Baydenin seçkiqabağı kampaniyasının müşaviri və indiki vitse-prezident Kamala Harrisin aparat rəhbəri olub.
AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbərin mətnində orfoqrafik səhv var