SİYASƏT


Prezident: Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb

Prezident: Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb

Bakı, 2 fevral, AZƏRTAC

Hazırda Azərbaycanın enerji diplomatiyası qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki iclasında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələr əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanla görüşündə bildirib.

İclasda səmərəli müzakirələrin aparılacağına əminliyini ifadə edən dövlətimizin başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.