SİYASƏT


Prezident: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlib. Doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, bütün bu bərpa işləri böyük vəsait tələb etsə də, bunu öz imkanlarımız çərçivəsində edəcəyik: “Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.