SİYASƏT


Prezident: Ermənilər nəhəng istehkamlar, müdafiə xətləri tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan həmişə konstruktiv mövqedə olub. Keçmiş həmkarlarla, Minsk Qrupunun səfirləri ilə görüşümüzdə hər zaman dediyim kimi, biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

“Mən hiss edirdim ki, Ermənistan həlli istəmir. Onlar deyir ki, guya istəyirlər. Lakin biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şeyi edirdilər. Biz aydın başa düşdük ki, onlar o nəhəng istehkamları, o müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda saxlamaq istəyiblər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.