SİYASƏT


Prezident: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır

Bakı, 24 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüzə və digər ağır cinayətlərə görə məsuliyyət daşımalı olduğunu deyib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı çıxışında Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşdüyünü bildirib.

“Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti, həmçinin qeyd edib ki, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib. Ermənistan o dərəcədə zəifləyib ki, heç özü sərhədlərini belə qorumaq iqtidarında deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.