RƏSMİ XRONİKA


Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 8 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırladı.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulandı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin