Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Amanullah Ceyhun dedi:

-Zati-aliləri cənab Prezident, Sizi salamlayıram. Əvvəlcə, bu gün vaxt ayırıb məni qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bu gün burada olmaq və Prezident Əşrəf Qaninin salamlarını çatdırmaq mənim üçün şərəfdir. O, Sizə böyük ehtiramını ifadə edir, möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzu edir.

Zati-aliləri cənab Prezident, Prezident Əşrəf Qani tərəfindən imzalanmış və mənim Əfqanıstanın qardaş Azərbaycana, gözəl ölkənizə səfir təyin olunmağım haqqında etimadnaməmi, habelə sələfimin geri çağırılmasına dair məktubu Sizə təqdim etməkdən şərəf duyuram.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev dedi:

-Cənab səfir, xoş gəlmisiniz, sizi görməyə çox şadam. Xahiş edirəm mənim də salamlarımı və ən xoş arzularımı cənab Prezidentə və qardaş əfqan xalqına çatdırasınız. Biz dostluq və tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı dialoqumuzun intensivləşdirilməsinə dair hər iki tərəfin güclü niyyətini nümayiş etdirir. Sizin mənim Prezident Qani ilə görüşlərim haqqında məlumatınız var. Biz onunla Azərbaycanda, xarici ölkələrdə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüşük. İstənilən beynəlxalq tədbirdə biz hər zaman görüşmək üçün vaxt tapırıq. Onu da deyim ki, bizim görüşlərimiz həmişə çox məhsuldar olur. Biz münasibətlərimizdə ciddi tərəqqiyə nail olmuşuq. Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranmışdır. Bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür. Biz iqtisadi əməkdaşlıq və sərmayə layihələrinə dair çoxsaylı məsələləri müzakirə edirik. Bildiyiniz kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq. Biz dövlət sektoru ilə bağlı birgə işlər görmüşük və mən şadam ki, “ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanıstanın modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi ilə bağlı baxışının təzahürüdür və belə bir mühüm inkişafda rol oynamağımız bizi fərəhləndirir.

Bununla yanaşı, əməkdaşlığımızın daha bir vacib elementi təhlükəsizlik məsələləridir. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik. Bildiyiniz kimi, biz müəyyən müddət əvvəl hərbçilərimizin sayını artırmaqla ölkənizdə təhlükəsizlik məsələsinə olan münasibətimizi, ölkənizdə təhlükəsizliklə bağlı siyasətimizi nümayiş etdirdik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir. Biz bunları yaxşı bilirik. 1990-cı illərin əvvəlində biz də buna bənzər vəziyyətlə üzləşmişdik. Azərbaycanda pərakəndəlik, hərc-mərclik hökm sürürdü, siyasi, iqtisadi və hərbi böhran mövcud idi ki, bunlar ərazimizin bir hissəsinin itirilməsi ilə nəticələndi. Beləliklə, Prezidentin rəhbərliyi ilə hökumətinizin səyləri artıq bəhrəsini verir və biz modernləşdirmə proqramınızda iştirak etməkdən hər zaman məmnunuq. Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş var. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Biz məmnuniyyətlə öz nəqliyyat imkanlarımızı təqdim edirik. Bildiyiniz kimi, nəqliyyat sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir və biz burada yaxşı irəliləyiş görürük. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır. Fürsətdən istifadə edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürümü bildirmək istəyirəm. Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib. Bizi hər zaman dəstəkləyib və Prezident, xarici işlər naziri və digər yüksək rütbəli məmurlar səviyyəsində bu məsələni vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və həqiqət bizim tərəfimizdədir. Eyni zamanda, biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik. Çünki tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir.

Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik. İşğal edilmiş ərazilərin dağıdılması ilə bağlı videomateriallar təqdim edilib. Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Həmin şəkilləri və videomaterialları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır. Burada bir daha qardaş əfqan xalqına hər zaman - danışıqlar və işğal dövründə, müharibə zamanı və müharibədən sonra, Qələbəmizi qeyd etdiyimiz vaxtda yanımızda olduğuna, bizi dəstəklədiyinə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram. Əminəm ki, burada özünüzü vətəninizdəki kimi hiss edəcəksiniz.

Səfir Amanullah Ceyhun: Zati-aliləri cənab Prezident, əvvəlcə mən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əfqanıstanın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm ki, Azərbaycana çox özəl bir vaxtda gəlmişəm. Mən Azərbaycana müharibə başa çatandan sonra – noyabrın 13-də gəlmişəm. Yəni, Qələbədən üç gün sonra, erməni işğalı bitdikdən, Azərbaycan xalqı öz torpağına qovuşduqdan sonra gəlmişəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Çünki Azərbaycan çox önəmli bir tarix yaşayır.

Zati-aliləri cənab Prezident, bir daha qeyd edirəm ki, Azərbaycanda olmaq mənim üçün şərəfdir. Əminik ki, Sizin rəhbərliyiniz və Ali Baş Komandanlığınızla Azərbaycan böyük uğurlara nail olmuş və özünün coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrilmişdir. Zati-aliniz regional bağlılıqla əlaqədar Prezident Əşrəf Qaninin baxışına dəstək verib. Azərbaycana gəlişim ərəfəsində Prezident mənə təlimat vermişdir ki, onun salamlarını Sizə çatdırım, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edim. Həmçinin Prezidentimiz Azərbaycanın rəhbərliyinizlə əldə etdiyi uğurlar münasibətilə Sizi təbrik etməyimi tapşırıb. Zati-aliləri, Siz də qeyd etdiyiniz kimi, Azərbaycan və Əfqanıstan münasibətləri uzun tarixə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub