RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Anıtqəbiri ziyarət etmişdir VİDEO
Ankara, 12 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlmişdir.
Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.
Sonra xatirə şəkilləri çəkdirildi.
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev Anıtqəbirin muzeyi ilə tanış oldu.
Burada Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən, onun Türkiyə Cümhuriyyətinin qurulmasındakı tarixi xidmətlərindən bəhs edən eksponatlar, sənədlər qorunub saxlanılır.