SİYASƏT
Prezident İlham Əliyev: Artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil
Bakı, 16 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlara Qərbin səssiz qalmasına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistan bizə təcavüz etdi, Ermənistan bizim torpaqlarımızı işğal etdi, Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə bu təcavüzün qurbanıdır”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu gün bunu az miqdarda, az həcmdə görürük: “Çünki artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.