SİYASƏT
Prezident İlham Əliyev Avropa İttifaqının Cənub Qaz Dəhlizinin icrası istiqamətində rolunu yüksək qiymətləndirib
Bakı, 6 oktyabr, AZƏRTAC
On il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən bildirib.
Azərbaycan qazının artıq Avropa bazarında olduğunu qeyd edən Prezident deyib: “Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.