RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib  YENİLƏNİB VİDEO

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.

AZƏRTAC xəbər verir ki, seçkilərdə qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin