SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycan “Bakı-Yerevan” formatında danışıqlara hazırdır
Bakı, 23 aprel, AZƏRTAC
Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlətimizin başçısı, həmçinin sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]