Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub [YENİLƏNİB] VİDEO

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.

Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri nümayiş olunur.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dövlətimizin başçısına komitənin stendi haqqında məlumat verdi. Burada son illərdə Azərbaycanda əmlak-torpaq idarəçiliyi və özəlləşdirmə sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilir. Dövlətimizin başçısına Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmış ilk milli naviqasiya sistemi - AzNav barədə məlumat verildi. Naviqasiya sistemi iki komponentdən - Naviqasiya Proqramı və Naviqasiya Xəritəsindən ibarətdir. Həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malik bu sistem Android, iOS, Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, eyni zamanda, telefon və planşetlərdə çalışır. Naviqasiya sistemi Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman, ərəb, türk, fransız, italyan və digər xarici dilləri də dəstəkləməklə çoxfunksiyalı imkanlara malikdir. Stenddə özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumatlar çatdırılır. Həmçinin özəlləşdirmə prosesini daha optimal, rahat şəkildə həyata keçirmək üçün yaradılmış özəlləşdirmə portalında hərraca çıxarılan əmlaklar və onlara sifariş qaydaları, eləcə də hərrac prosedurları barədə məlumat verilir.

Sərgidə İspaniyanın CHG şirkəti də təmsil olunur. 1972-ci ildən fəaliyyət göstərən şirkət burada “OLİVA NOVA Beach and Golf Resort” layihəsini təqdim edir.

Sərgidə Portuqaliyanın “Mare Asset” şirkəti də öz layihələrini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev şirkətin stendi ilə tanış oldu.

Bildirildi ki, şirkət daşınmaz əmlakın idarə olunması ilə bağlı Avropa bazarında uğurla fəaliyyət göstərir. Şirkət, həmçinin Portuqaliyada daşınmaz əmlaka sahib olmaq istəyənlərin istiqamətləndirilməsi, sənədləşmə işinin təşkili və daşınmaz əmlakla bağlı digər məsələlər sahəsində də müştərilərə xidmətlər təklif edir.

Dövlətimizin başçısı “Onur Park Life” layihəsi ilə də tanış oldu.

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər” pavilyonuna da baxdı. Bu pavilyon maraq göstərilən stendlər sırasındadır. Bu, “Bakı Ağ Şəhər” layihəsinin 2011-ci ildə “Oil and Gas” sərgisindən sonra Azərbaycanda iştirak etdiyi ikinci sərgidir. Ağ Şəhərin 10 rayonundan 8-i tamamilə təmizlənərək, şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. Beş il ərzində buradan 700 min kubmetr çirkli torpaq daşınaraq, ərazi tamamilə təmizlənib. “Fransız məhəlləsi” adı ilə tanınmış “Yaşıl Ada” rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır. “Yaşıl Ada”da layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmaq üzrədir. Rayonun eksklüziv yaşayış kompleksi sayılan “Knightsbridge Residence”in tikintisinə də start verilib. Beş yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Bu, son illərdə Bakıda şəhərsalma ilə bağlı həyata keçirilən ən mühüm və genişmiqyaslı layihədir. Layihənin reallaşdırılması nəticəsində dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının siması daha da müasirləşəcək.

Azərbaycanın daşınmaz əmlak sektorunun nəhənglərindən olan “Yeni Həyat” Şirkətlər Qrupu da sərgidə uğurla təmsil olunur. 2002-ci ildə yaradılan, öz ideyaları və novatorluğu ilə fərqlənən “Yeni Həyat” Azərbaycanın tikinti bazarında ən qabaqcıl şirkətlərdəndir. Şirkət Avropanın bir çox qurumları ilə əməkdaşlıq etməklə ən müasir texnologiyaların tətbiqində zəngin təcrübə qazanıb.

Dövlətimizin başçısı burada “AZİNKO HOLDİNQ” MMC şirkətinin stendi ilə də tanış oldu.

2006-cı ildən fəaliyyətə başlayan şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən firmalar daxildir. Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel və çoxmərtəbəli yaşayış binalarının, komplekslərin, ticarət və biznes mərkəzlərinin, xəstəxanaların, villaların və digər mülki obyektlərin tikintisi ilə məşğuldur.

Prezident İlham Əliyevə şirkət tərəfindən Bakıda inşa olunan 50 mərtəbəli iş mərkəzi barədə məlumat verildi. Bildirildi ki, binanın inşasına 2013-cü ildə başlanılıb. Hazırda 49-cu mərtəbənin inşası davam edir. Binanın gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Regionda nümunəvi şəhərsalma layihəsi olan “AAAF Park” yaşayış kompleksi də sərgidə yeni layihələrini təqdim edir. Burada “Astara AAAF Park” və Gənclər şəhərciyi layihələri maraqla qarşılanır. Çoxfunksiyalı, müasir yaşayış binaları, ailəvi istirahət və uşaq əyləncə mərkəzləri, o cümlədən idman komplekslərinin birgə harmoniyasından ibarət “AAAF Park” yaşayış kompleksi ölkəmizin daşınmaz əmlak bazarının nəhənglərindən biri hesab edilir. Kompleksdə sakinlərin işlə təmini də nəzərdə tutulur. Şirkətin layihələri əsasən regionlarda inşa edilir və ilk layihə Xırdalan şəhərində reallaşdırılıb. Bu layihələrin bölgələrdə icra olunması ümumilikdə regionların sosial-iqtisadi inkişafına töhfələr verir.

“Asteco” şirkətinin stendi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, əsası Dubayda qoyulan şirkət 30 ildən artıqdır fəaliyyət göstərir. Şirkətin Böyük Britaniyada, Fransada, Almaniyada, Türkiyədə, Rusiyada, Çində, Avstraliyada və digər ölkələrdə ofisləri fəaliyyət göstərir. Şirkət Azərbaycanda da fəaliyyətə başlamağı planlaşdırır. Yaşayış binalarının, iqamətgahların və ofislərin satışı ilə məşğul olan şirkət sərgidə dörd layihəsini təqdim edir. Bu layihələrin üçü Dubayda, biri Abu-Dabidə icra olunur. Şirkət beynəlxalq səviyyədə daşınmaz əmlak əldə etmək istəyənlərə xidmətlərini təklif edir.

Türkiyə sərgidə 5 şirkətlə təmsil olunur. Bunlar “Dövlət Daşınmaz Əmlak-Mənzil Müştərək İnvestisiya” MMC, həmçinin əmlak layihələrinin satışı şirkəti, “Tahincioğlu”, “Ağaoğlu” və “Özak” özəl şirkətlərdirlər. Şirkətlər yaşayış və inzibati binalarının tikintisi ilə məşğuldur. Bu şirkətlər sərgiyə Türkiyə Nazirlər Kabineti yanında Sosial Mənzil Baş İdarəsi tərəfindən cəlb olunub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 330 hektarlıq ərazini əhatə edən “Dreamland”-“Xəyal Adası” yaşayış kompleksinin stendi ilə də tanış oldular.

“Xəyal Adası” yaşayış kompleksi şəhərkənarı sakitlik ilə müasir həyat tərzini özündə cəmləşdirir. Burada 394 müasir ev və fərqli zövqlərə uyğun olaraq inşa edilmiş 7 üslubda 234 villa mövcuddur. On bir süni gölün yaradıldığı və hektarlarla yaşıllıq zolaqlarının salındığı “Xəyal Adası” yaşayış kompleksi artıq növbəti ilin fevral ayında ilk sakinlərini qəbul edəcək. Burada həm də müasir “SABİS Sun” beynəlxalq məktəbi və müasir tələblərə cavab verən qolf sahəsi fəaliyyət göstərir. Üç yaşdan yuxarı uşaqlara ingilis dilində təhsil verən bu məktəb “Xəyal Adası” daxilində 67 min kvadratmetr sahəyə malik şəhərcikdə yerləşir. Şəhərciyin birinci mərhələsinə uşaq bağçaları və ibtidai məktəblər üçün akademik binalar, mini-gimnaziya və oyun meydançası daxildir.

Noyabrın 24-dək davam edəcək bu mühüm sərgi həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid nüfuzlu şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub [YENİLƏNİB] VİDEO

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb