SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa üçün önəm daşıyan ölkədir

Bakı, 30 sentyabr, AZƏRTAC

Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Xalqlarımız arasındakı tarixi bağlar, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. “Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Nəqliyyat sahəsində “Orta dəhliz”in, Şərq-Qərb nəqliyyat dəhlizinin ölkələrimizi bir-birinə daha da sıx bağlayacağını qeyd edən Prezident İlham Əliyev deyib: “Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.