SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizm ən yüksək qiymətə layiqdir

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizm hesab edirəm ki, ən yüksək qiymətə layiqdir. Biz yüz minlərlə insanın sosial vəziyyətinin pisləşməsini nəzərə alaraq, onlara yardım göstəririk. Bu yardım insanları bu ağır vəziyyətdə ruhlandırır, eyni zamanda, onların maddi imkanlarının təmin edilməsində rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən söyləyib.

“Biz bunu edirik ki, insanlar bu vəziyyətdən çıxsın və az itkilərlə çıxsınlar. İlk növbədə, koronavirusla bağlı mübarizədə görülmüş işlər yüksək qiymətə layiqdir. Eyni zamanda, koronavirusa görə işini itirən, yaxud da ki, müvəqqəti olaraq itirən insanların da yardımına dövlət gəlməlidir”, - deyə dövlətimizin başçısı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.