İQTİSADİYYAT


Prezident İlham Əliyev: Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Keçən il Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, Ələt limanının fəaliyyətə başlamasını xatırladan dövlət başçısı gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcminin artacağını söyləyib. “Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaq. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər”, - deyə Prezident sahibkarlara müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.