SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

Prezident İlham Əliyev, həmçinin bildirib: “Biz tariximizi unutmayacağıq, lakin Ermənistan da daxil olmaqla, hər hansı ölkəyə qarşı heç bir ərazi iddiamız yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.