MƏDƏNİYYƏT


Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev sentyabrın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə akademiyanın bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 7 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, 2 nəfər “Əməkdar incəsənət xadimi”, 2 nəfər “Əməkdar artist”, 23 nəfər “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.

Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfərə isə Prezidentin fərdi təqaüdü verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.