Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dedi:

- Sabahınız xeyir olsun. Bu gün biz görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışına toplaşmışıq. Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkarı Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.

Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur.

Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur, şəhərimizin küçələrindən birinə onun adı verilmişdir, eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır. Onu da bildirməliyəm ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Tofiq Quliyevə Azərbaycanın ovaxtkı ən ali ordeni olan “İstiqlal” ordeni verilmişdir.

Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi.

Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində Ulu Öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq - biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək.

Mən bu gözəl hadisə münasibətilə, ilk növbədə, Tofiq Quliyevin ailə üzvlərini, Azərbaycan musiqi ictimaiyyətini və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sağ olun.

x x x

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, çox sağ olun bu sözlərə görə.

Tofiq müəllim nəinki dahi bəstəkar, dahi ictimai xadim idi, mənim üçün, Polad üçün o, Tofiq əmi idi. Biz ona uşaqlıqdan “dyadya Tofiq” deyirdik.

Əlbəttə, mən piano sənəti ilə məşğul olan bir insanam. Qeyd etməliyəm ki, o, dahi bir pianoçu idi. Çünki Aysberq kimi professor Bakıda, Neyqauz kimi dahi professor Moskvada onun müəllimləri idi. Baxmayaraq ki, Tofiq müəllim gündə iki-üç saat çalmırdı, Akademiyamıza gələndə piano arxasında bir passaj ifa edəndə biz hamımız məəttəl qalırdıq. Praktika ilə heç məşğul olmayan bu insan necə belə dahi bir pianoçu idi.

Əlbəttə, mən xoşbəxtəm ki, son illər o, bizim fəxri professorumuz idi. Hər dəfə Akademiyaya gələndə onun hansısa bir mühazirəsi olmurdu, sadəcə, biz yığışırdıq və Tofiq müəllim musiqi tarixindən, Qara Qarayev, Niyazi, Fikrət Əmirov haqqında əhvalatlar danışırdı, çünki o, canlı bir ensiklopediya idi. Mən çox danışmaq istəmirəm, çünki məndən sonra Polad da danışacaq. Mən, sadəcə, demək istəyirəm xoşbəxtəm ki, onunla təmasda olmuşam. Xoşbəxtəm ki, onun bir çox premyeralarında iştirak etmişəm, atam rejissor kimi, mən də tamaşaçı kimi. Xoşbəxtəm ki, bir-iki həftə öncə Vyanada konsertdə mən onun məşhur “Qaytağı”sını ifa etdim. Yenə də bütün avropalılar məəttəl qalırlar, bu, nə gözəl əsərdir. Xoşbəxtəm ki, vaxtilə bu əsəri - “Qaytağı”nı mənə həsr edib və indi bütün dünyada pianoçular bu əsəri ifa edirlər.

Yəni, Tofiq müəllim belə insan idi. Ulu Öndər o ordeni ona xəstəxanada təqdim etmişdi, gedib ona baş çəkmişdi və təbrik etmişdi. Bilirsiniz, bu, çox təsirli idi, biz onu həmişə xatırlayırıq.

Fürsətdən istifadə edib sonda Sizə “Çox sağ olun!” demək istəyirəm ki, Bülbülün heykəlini, Rəşid Behbudovun heykəlini, Qara Qarayevin, Fikrət Əmirovun heykəlini məhz Siz açmısınız bizimlə bir yerdə. Biz 1982-ci ilin qışında Şuşada Ulu Öndərlə bir yerdə Vaqifin məqbərəsinin açılışında iştirak edirdik. Çox yaxşıdır ki, 100 il də keçsə, bu insanların heykəlləri duracaq. Tofiq müəllim bax, burada dayanacaq və onun musiqisi bütün dünyada yenə də səslənəcək. Çox sağ olun.

X X X

Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli xanımlar, cənablar, əziz dostlar.

Əvvəla, dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu gün mənə bu abidənin açılışında söz verilib.

Mənim üçün Tofiq əmi doğrudan da əziz bir insan idi. Çünki uşaqlıqdan bizim evdə mən şahidi olmuşam ki, Tofiq müəllim gəlirdi, - bilirsiniz ki, Bülbül Tofiq Quliyevin bir neçə mahnısını, romanslarını ifa etmişdir, - Fərhad da bizdə olurdu, çox gözəl piano çalırdı. Atam həmişə öz əsərindən başqa ona müraciət edərdi ki, Tofiq bir az çal da, adamın ürəyi açılsın. Doğrudan da elə idi, biz, - Fərhad bunu dedi, - uşaqlıqdan ona Tofiq əmi deyirdik. Mən çox şadam, xoşbəxtəm ki, ömür boyu bu insanla çox sıx təmasda olmuşam.

1960-cı illərdə Tofiq müəllim Filarmoniyanın bədii rəhbəri və direktoru idi. Biz gənc bəstəkar idik, o, bizə çox kömək edirdi, bizim əsərlərimizi alırdı, yəni, maddi yardım edirdi, bizə yol göstərirdi, tövsiyələrini verirdi. Ancaq mənə yox, bütün o nəslin, o cavan bəstəkar nəslinin, demək olar ki, mənəvi atası kimi. Ümumiyyətlə, bilirsiniz bəstəkarlar çox qısqanc olurlar, musiqiçilər də qısqanc olurlar. Amma Tofiq müəllim elə deyildi, Tofiq əmi elə deyildi. O, digərlərinin uğurlarına da çox sevinirdi. Onun mahnıları ölməzdir, ona görə ki, onlar insanın daxilindən, qəlbindən, saflığından gəlir. Ona görə onun mahnılarını milyonlarla insan sevir və burada deyildiyi kimi, bu mahnılar, onun əsərləri daim yaşayacaqdır. Ona görə ki, o, insan kimi də gözəl insan idi və böyük musiqiçi idi, böyük bəstəkar idi, böyük pianoçu idi.

Hörmətli Prezidentimiz dedi, doğrudan da mən onun şahidiyəm, bizim Ulu Öndərimiz, böyük insanımız Heydər Əliyev Tofiq müəllimə xüsusi münasibət bəsləyirdi. Mənə nəsib olub, o vaxt Heydər Əliyev rayonlarda böyük müşavirələr keçirirdi və oraya gedəndə həmişə yaradıcı insanları da dəvət edirdi - bəstəkarları, rəssamları, yazıçıları, ifaçıları və bizə deyirdi ki, mən sizi buraya gətirirəm ki, əvvəla, siz bir az millətə, xalqa yaxın olasınız, ikincisi də xalq sizi görsün. Radioda eşidirlər, televizorda görürlər, amma sizi canlı görmək, onlar üçün daha xoşdur. Orada da biz görürdük ki, Heydər Əliyevin Tofiq Quliyevə xüsusi münasibəti var. Sonra mən nazir işləyəndə bir neçə dəfə bu haqda söhbətlər olub. Bilirsiniz ki, sonra Tofiq əmi Bəstəkarlar İttifaqının birinci katibi idi və onda da bəstəkarlara çox böyük yardım, çox böyük kömək edirdi.

Onu da qeyd edim ki, Tofiq müəllim çox yaxşı təşkilatçı idi. Bakıda böyük tədbirlər keçirirdi. Filarmoniyada olanda dünyaşöhrətli musiqiçiləri dəvət edirdi, onların konsertlərini təşkil edirdi, Bəstəkarlar İttifaqında plenumlar, qurultaylar, müxtəlif tədbirlər keçirirdi. Həmişə onun təşkil etdiyi tədbirlər çox yüksək səviyyədə keçirdi.

Hörmətli cənab Prezident, Fərhad da dedi, mən də öz tərəfimdən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm ki, doğrudan bizim Azərbaycanın paytaxtında, Bakı şəhərində xalqımızın xəzinəsi olan gözəl insanlara abidələr qoyulur. Həyat elə qurulub ki, əvvəl-axır biz hamımız bu dünyadan köçəcəyik. Tələsmək lazım deyil, amma əvvəl-axır olacaq. Amma bu abidələr həmişə qalacaq və Azərbaycan xalqının görkəmli insanlarını bütün dünyaya tanıtdıracaq. Məncə, bu gün Tofiq əminin ruhu şad olmalıdır. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

x x x

Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, hörmətli tədbir iştirakçıları.

Mən Tofiq müəllim barədə bir neçə kəlmə demək istəyirəm. Mən onu xatırlayıram, onun barəsində demək olar ki, o, Azərbaycanın müasir musiqisinin, Azərbaycanın müasir estrada musiqisinin banilərindən biri olub. Hörmətli Prezidentimizin dediyi kimi, o, doğrudan da Azərbaycan cazını da böyük məharətlə təbliğ etmişdir. Demək istəyirəm ki, xatırlayıram, 1950-ci illərin ortalarında Azərbaycanda belə bir bum yaranmışdı və yeni bir mədəniyyət yaranırdı. O dövrdə gözəl ifaçılar var idi. Rəşid Behbudov Tofiq Quliyevin əsərlərini ifa edirdi və həmin əsərlər Bakıda geniş yayılmışdı. Biz cavanlar o əsərlərdən qidalanaraq yeni bir mədəniyyətə qovuşurduq.

Mən hörmətli Prezidentimizə demək istəyirəm ki, çox sağ olun, Siz bizə - incəsənət xadimlərinə belə yüksək münasibət göstərirsiniz. Çox sağ olun, cənab Prezident.

x x x

Tofiq Quliyevin qızı Lalə Quliyeva çıxış edərək dedi:

-Hörmətli cənab Prezident.

İcazə verin, atamın xatirəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ailəmiz, doğmalarımız və yaxınlarımız adından təşəkkür edim. Bakıda və Şuşada küçələr, paytaxtın ən yaxşı musiqi məktəblərindən biri onun adını daşıyır, Birinci Fəxri xiyabanda gözəl abidəsi və yaşadığı evin divarında barelyefi qoyulub. Heydər Əliyev Fondu tərəfindən bəstəkarın 100 illik yubileyi ilə bağlı yaradıcılıq irsinin bərpası və qorunub saxlanması istiqamətində çox böyük iş görülüb. Onun əsərlərinin nəfis tərtibatda not və audioyazıları, kitablar nəşr olunub. Tofiq Quliyevin ad günündə Heydər Əliyev Mərkəzində təntənəli konsert təşkil edilib. İndi isə bizim hörmətli Prezidentimizin Sərəncamına əsasən, Tofiq Quliyevin 105 illik yubileyi ilə bağlı abidəsi ucaldılıb. Siz qeyd etdiyiniz kimi, bu abidənin “Heydər Əliyev İli”ndə açılması əlamətdardır və rəmzi məna daşıyır. Çünki onlar hələ gənc ikən Naxçıvanda tanış olub və ömürlərinin sonunadək dostluq ediblər.

Daha bir xatirə. Azərbaycan üçün çətin olan 1992-ci ildə atamın 75 illik yubileyi keçirilirdi. O, səhnədə çıxış edərkən demişdi ki, bu konsertin Qarabağda, Şuşada keçirilməsi onun ən böyük arzusudur. Təəssüf ki, o, bu günləri görmədi. Lakin onun musiqisi və mahnıları artıq işğaldan azad olunmuş Şuşada keçirilən birinci “Xarıbülbül” festivalında səsləndi. Əziz Prezidentimiz, atamın, bütün Azərbaycan xalqının arzusu məhz Sizin sayənizdə çin oldu. Hər şey üçün çox sağ olun!

x x x

Sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdi.

Onlar Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına bir daha minnətdarlıqlarını bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib  YENİLƏNİB 2 VİDEO

Uçan avtomobillər tezliklə reallığa çevrilə bilər

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik

2060-cı ilə qədər ABŞ-da hər il bir milyon insana demans diaqnozu qoyula bilər - TƏDQİQAT

Qonşu pillələrdə qərarlaşan komandaların duelində iki qol vurulub

İtaliya A Seriyası: “Atalanta” – “Yuventus” oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: “Mançester Siti” və “Çelsi” xal itirib

Bundesliqa: “Borussiya Dortmund” autsayderlərdən “Holştayn Kiel”ə məğlub olub

Media: Tramp prezidentliyinin ilk günlərində neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq

Bayden Kubanı terrorizmi maliyyələşdirən dövlətlər siyahısından çıxarmağı planlaşdırır

Britaniyalı nazir Banqladeşdə korrupsiya istintaqı ilə əlaqədar vəzifəsindən istefa verib

İtaliya A Seriyası: “Milan” səfərdə üç xala sevinib

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

NATO Baltik dənizində təhlükəsizlik missiyasına başlayır

Bakıdakı Rus evində Mehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

“Yüz ilin Naxçıvanı” kitabının təqdimatı olub

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

“Neftçi” yaponiyalı futbolçu transfer edib

Türkiyə qarşıdakı on ildə günəş və külək enerjisi istehsalını dörd dəfə artıracaq

“Sevilya”nın futbolçusu mərc etdiyi üçün saxlanılıb

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb

® “Birbank Biznes”dən sahibkarlara “Sürətli kredit” imkanı

Naxçıvanda “Dəyirmançı” restoranının fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

Şamaxıda torpaq sürüşməsi aktivləşib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Yeni nəsil nəzarət-kassa aparatlarının sayı 104 mini ötüb

Bu ilə qədər verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilib

Efiopiya Livanda olan 164 vətəndaşını geri çağırıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 85 illiyi qeyd edilib

G-77 + Çin qrupunda sədrlik İraqa keçib

Saatlıda 43 min tona yaxın pambıq tədarük olunub

Reza Deqatinin dünyaya çatdırdığı həqiqət – 20 Yanvar

Kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunları keçirilib

Azərbaycan Milli Elmi Komandası Sidneydəki Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

AMEA Gəncə Bölməsinin tədbirlər planı müzakirə edilib

Azərbaycan Pakistanda ticarət marşrutlarının inkişafına həsr olunmuş müzakirələrdə iştirak edib

Ötən il istehlakçılara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Azərbaycan taekvondo millisinə növbəti təyinat olub

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 milyon manatlıq emissiyası yerləşdirilib

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb

Bu il Türkiyəyə hava yolu ilə 250 milyondan çox sərnişinin səfər edəcəyi proqnozlaşdırılır

Papuaşvili: Siyasətdən qovulmuş Mixail Rot Gürcüstanda insanlar arasında düşmənçilik yaratmağa çalışır

“Liverpul”un sabiq qapıçısı II Bundesliqa klubuna keçib

ADPU Avrasiya Universitetlər Birliyinin iclasında təmsil olunub

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

Ötən il Çində rekord sayda avtomobil istehsal olunub

MSK-nın sədri: 68 min 869 yerli müşahidəçi akkreditasiyadan keçib

Qəbələdə Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı keçirilib

“Milan”ın futbolçusu tibbi müayinədən keçə bilmədiyi üçün transferi reallaşmayıb

Məzahir Pənahov: Müvəqqəti məntəqələrlə birlikdə 5846 məntəqədə səsvermə keçiriləcək

Rusiya XİN-in rəhbəri: Region ölkələri bütün problemləri öz qonşuları ilə həll etməlidir

Mədəniyyət naziri Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

MDU ilə Düzcə Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

S.Lavrov: Moskva Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir

BDU-da tələbələr “TEKNOFEST-2025” barədə məlumatlandırılıb

Bakı üzrə eksternat imtahanlarının vaxtı bəlli olub

Volodimir Zelenskinin aylıq maaşı ötən il 664 dollar olub

BMU ilə “Sara Logistics” MMC arasında əməkdaşlıq məsələsi müzakirə edilib

Emal müəssisələrində optimallaşdırma və səmərəlilik məsələlərinə həsr olunmuş elmi seminar keçirilib

Akademik Vaqif Fərzəliyevin biblioqrafik göstəricisi çapdan çıxıb

HƏMAS və İsrail atəşkəs sazişini bu gün elan edə bilərlər

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

“Sabah” basketbol klubu növbəti transferini reallaşdırıb

Türkiyə klubunun yeni baş məşqçisi məlum olub

Türkiyə telekanalı: Paris terrorçuları dəstəkləmək yolu ilə Suriyanı zəiflətməyə çalışır

Ötən il Azərbaycan gömrüyündən 33 kiloqramdan çox qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb

AQTA GMO məhsullarla bağlı sahibkarlara xəbərdarlıq edib

Sergey Lavrov: Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirilib

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlığa dair razılıq əldə olunub

Azərbaycan taekvondo millisinə yeni baş məşqçi təyin olunub

Xaçmazda minik avtomobilləri toqquşub, ana və azyaşlı övladı xəsarət alıb

Soydaşımızın Almaniyada böyük uğuru

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb VİDEO

Fransızların təxminən üçdə ikisi cari məsələlərdə mediaya etibar etmir

® “Kapital Bank” “Time” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb

Ukrayna Aİ ölkələri ilə birgə gömrük və sərhəd nəzarəti tətbiq etməyi planlaşdırır

Ötən il “Zaqatala AGRO Industry” İtaliya və Qazaxıstana 160 ton quru tütün ixrac edib

Braziliyalı tanınmış hücumçu Rusiya klubundan ayrılıb

Azərbaycan Asiya Parlament Assambleyasının komitə iclasında təmsil olunub

Ötən həftə Liviya sahillərində 493 miqrant xilas edilib

Los-Ancelesdəki yanğınlar ABŞ tarixində ən baha başa gələn təbii fəlakət ola bilər

20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçiriləcək

Braziliyalı veteran futbolçu: “Qarabağ” böyük oyunçu itirdi

DİN-in Daxili Qoşunlarının ötənilki fəaliyyəti yüksək qiymətləndirilib