Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub YENİLƏNİB 2 VİDEO

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

Qeyd edildi ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə burada istirahət edən sakinlər Zenfira Həsənova və Sübhanə Bayramova ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər Zenfira Həsənova və Sübhanə Bayramova: Salam. Çox sağ olun, minnətdarıq. Allah köməyiniz olsun. Allah Sizi var eləsin. Hər şey üçün Sizə təşəkkür edirik, var olun. Bu abadlıq işlərinə, bu gözəlliklərə görə Sizə minnətdarıq. Allah canınızı sağ eləsin. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Bu park indi yeni görkəm alıb, tamamilə yenidən qurulub. Bu parkın böyük tarixi var. Əvvəlki görünüşünün şəkilləri orada vurulub və əlbəttə ki, vəziyyət o qədər də ürəkaçan deyildi. İndi isə çox müasir, gözəl park salınıb və vətəndaşların sərəncamına verilib.

Sübhanə Bayramova: Çox sağ olun. Nəinki bu parkımız, Azərbaycanımız gözəlləşib. Bütün respublikamızda doğrudan da aparılan islahatları görməmək mümkün deyil, o cümlədən Suraxanı rayonunda da. Son illərdə biz bunu görürük, çox təşəkkür edirik. Çox sağ olun, var olun.

Birinci xanım Mehriban Əliyeva: Gəlin, bu balaca gözəl oğlanlarla şəkil çəkdirək.

Prezident İlham Əliyev: Parklar şəhərimizin hər bir yerində salınır, o cümlədən qəsəbələrdə. Hesab edirəm ki, Bakı parkların sayına görə dünyada lider şəhərlərdən biridir. Bakıda gözəl, müasir parklar salınır, əvvəldən salınmış parklar yenidən bərpa olunur və o cümlədən qəsəbələrdə. Burada indi belə gözəl şərait yaradılıb ki, vətəndaşlar istirahət etsinlər.

Sübhanə Bayramova: Qeyd etmək istəyirəm ki, tək parklar yox, ümumiyyətlə təhsil, səhiyyə müəssisələri yenidən qurulur, müasir avadanlıqla təchiz edilir, məhəlləarası yollar təmir olunur, işıqlandırılır, su hövzələri bərpa edilir. Doğrudan da Sizin sərəncamlarınız əsasında çox böyük islahatlar gedir. Biz Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Rayonda, qəsəbədə təsərrüfat işləri necə gedir?

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov: Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir.

Prezident İlham Əliyev: Fasiləsiz?

Sakinlər: Bəli, çox gözəldir.

İlqar Abbasov: Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur.

Prezident İlham Əliyev: Qaz 100 faiz?

İlqar Abbasov: Qaz da, işıq da 100 faizdir.

Sakinlər: Bəli, heç bir problemimiz yoxdur.

İlqar Abbasov: Su digər qrafiklə, amma sıx qrafiklə verilir. Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub.

Prezident İlham Əliyev: Əlavə hansı işlər görülməlidir?

İlqar Abbasov: Qeyd edək ki, kanalizasiya şəbəkəsinin qurulması və asfalt vurulması rayonun tamamilə abadlaşdırılmasına gətirib çıxarır, heç bir problem qalmır.

Birinci xanım Mehriban Əliyeva: Məktəblərdə vəziyyət necədir?

İlqar Abbasov: Məktəblər. Rayonumuzdakı 35 məktəbin 30-u əsaslı təmir olunubdur, üçü qəzalı vəziyyətdədir, onlar bu il sökülüb yenidən tikiləcək, artıq proqramda var, ikisi əsaslı təmir olunacaqdır. Uşaq bağçalarımızın demək olar ki, hamısı təmir olunub, bir neçəsində qaçqın və məcburi köçkünlər yaşadığı üçün onlar köçürüldükdən sonra təmirinə başlanılacaq. Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq yeni uşaq bağçasının tikintisini davam etdiririk, yaxın zamanlarda bu barədə məlumat verəcəyəm. Bundan başqa, Yeni Günəşlidə Sizin tapşırığınızla hazırlanan layihə əsasında gözəl bir parkın, Fatimeyi Zəhra məscidinin tikintisi davam edir. Onun ətrafında da yeni bir park salınacaqdır. Bu yaxınlarda Qaraçuxurda daha bir parkın təmirinə başlayacağıq. Beləliklə, demək olar ki, rayonumuzun bütün problemləri həll edilmiş olur.

Sakinlər: Hər şey üçün çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirik sizi, çox sağ olun.

Zenfira Həsənova: Çox sağ olun. Bir də onu demək istəyirəm ki, son üç ayda verdiyiniz fərmanlara görə Sizə çox təşəkkür edirik. Orada pensiyaları, maaşları və ən əsası da kredit problemini nəzərə almısınız. Buna görə də Sizə çox təşəkkür edirik. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Doğrudan da böyük işlərdir. Çünki Azərbaycanda bu məsələ elə səviyyədə həll olunur ki, bunun dünyada bənzəri yoxdur. Çünki bilirsiniz, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərlikləri çalışırdı bu problemi həll etsin, bəzi hallarda qərarlar qəbul edildi, icra olunmadı, bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu Fərmandan faydalanacaq. O cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Sakinlər: Sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq stela quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Qəhrəman Cavanşir Rəhimovun abidəsini ziyarət etdilər.

X X X

Sonra dövlətimizin başçısı və xanımı parkda istirahət edən digər sakinlərlə görüşüb söhbət etdilər.

Sakinlər: Nə gözəl qonaqlarımız gəlib. Xoş gəlmisiniz, necəsiniz?

Prezident İlham Əliyev: Salam. Çox sağ olun.

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova: Allah Sizə cansağlığı versin. Bu gözəl balamız Milli Qəhrəmandır. Siz həmişə şəhid ailələrinin hörmətini saxlamısınız. Allah Sizi hörmətli eləsin. Biz hər səhər bu parkı ziyarət edirik. Sizin tapşırığınız əsasında yenidən qurulan bu park indi başqa bir aləmdir. Allah Sizi var eləsin, ömrünüz uzun olsun gözəl Prezidentimiz.

Prezident İlham Əliyev: Sağ olun. Bu park doğrudan da indi çox gözəl görkəm alıb, müasirləşib, böyük quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu parkın əvvəlki vəziyyəti sizə yaxşı bəllidir. Burada çox böyük işlər görülüb və vətəndaşların istirahəti üçün geniş imkanlar yaradılıb.

Sakinlər: Sizə təşəkkür edirik. Sizin rəhbərliyinizlə bizim rayonumuz da gözəlləşib. Nəinki bizim rayonumuz, bütün Bakı şəhəri gözəlləşib. Çox sağ olun, minnətdarıq Sizə.

Şəhid anası Saray Quliyeva: Zəngilan rayonundan məcburi köçkünəm. Sizin sayənizdə bütün qayğılarımız həll olunub. Sizin diqqət və qayğınız sayəsində övladlarımın hamısı ali təhsil aldı. Bu iki gül bala nəvələrimdir. Biz Sizi dəstəkləyirik, Sizin yolla gedirik, Sizə inanırıq.

Prezident İlham Əliyev: Mən də sizə güvənirəm, sizə arxalanıram.

Lalə Rəhimova: Şəhid ailələri, Milli Qəhrəman ailələri də Sizinlədirlər.

Prezident İlham Əliyev: Mən də sizinləyəm, həmişə sizin yanınızdayam.

Lalə Rəhimova: Seçimimiz bəllidir, səmamız açıqdır, günümüz xoşdur, bu gözəl güzəranı bizə yaradırsınız, əmin-amanlıqdır, gecə rahat yatıb rahat dururuq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Şəhid ailələrinə həmişə böyük diqqət olub, bu gün də bu, belədir.

Lalə Rəhimova: Seçkidən sonra da ilk Sərəncamınızı bizim üçün imzaladınız.

Prezident İlham Əliyev: Bəli, Sərəncam imzaladım və bu Sərəncam indi icra edilir. Əminəm ki, ilin sonuna qədər tam icra ediləcək və 11 min manat ödəniş veriləcək.

Lalə Rəhimova: Verilibdir, mən artıq almışam.

Prezident İlham Əliyev: Sizə verilib, bəzilərinə hələ ki, verilməyib, onlara da veriləcək. Ondan sonra müavinətlər də 242 manatdan 300 manata artırıldı. Əlbəttə, Azərbaycanda digər sosial ödənişlər də artırılıb və biz daha da artıracağıq, çünki buna ehtiyac var. Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik.

Saray Rəhimova: Sizə tələbələr adından təşəkkürümü bildirirəm. Mənim nəvəm yüksək balla ali məktəbə qəbul olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır, onların da təqaüdünü artırmısınız. Bir nənə kimi bütün o uşaqların adından Sizə dərin təşəkkürümü bildirirəm. Elə hesab edin ki, bütün o uşaqlar Sizə təşəkkür edirlər. Mən çox sevindim, çünki təqaüdün tələbə üçün nə demək olduğunu bilirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz həm təqaüdləri artırmışıq, həm də təqaüd alan tələbələrin sayını.

Saray Rəhimova: Bu il də əlaçı oldu. Qırmızı attestatla məktəbi qurtarıb, qəbul olub. İnşallah, gələcəkdə dövlətimizə, millətimizə xeyirli övladlar olarlar.

Prezident İlham Əliyev: İnşallah.

Lalə Rəhimova: Mənim Cavanşirim Qax rayonunda anadan olub. Qax rayonuna getmişdik. O dərəcədə dəyişib ki, Qaxı tanımaq olmur. Sizin sayənizdə çox gözəlləşib.

Prezident İlham Əliyev: Bəli, gözəlləşib.

Lalə Rəhimova: Allah mənə Cavanşirimin adını daşıyan bir övlad da verdi. İndi Cavanşirim hərbi qulluqdadır, Sizin Heydər balanızla eyni vaxtda əsgərliyə gedib. Əsgərlərimiz Sizin əmrinizi gözləyirlər ki, o əzəli torpaqlarımızı tezliklə azad etsinlər. Şəhidlərimizin qanı tökülən torpaqlarımız azad olsun və hamılıqla yığışıb oralara ziyarətə gedək, Azərbaycanımızın bayrağı Şuşada dalğalansın. Amin! Necə ki, Lələtəpədə bayrağımız yüksəldi, eləcə də bütün Azərbaycan torpaqlarında yüksəlsin bayrağımız. Allah Sizi var eləsin! Allah Sizə nəvələrinizin toyunu görməyi qismət eləsin!

Prezident İlham Əliyev: Sağ olun.

Sakin Mirzəağa Quliyev: Mən də Sizi salamlayıram, xoş gəlmisiniz bizim rayonumuza. Bax, yaradılan bu abadlıqlar hamısı Sizin göstərişinizin nəticəsidir. Axşamlar buraya övladlarımızla, nəvələrimizlə, - mənim artıq 5 nəticəm var, - yığışanda Sizə minnətdarlıq edirik. Bütün sahələrdə əldə edilən böyük irəliləyişlər var. Xüsusilə bu sabitlik ki, Sizin hesabınıza, Sizin siyasətiniz sayəsində yaradılıb. Dünyada qarışıqlıq olduğu bir vaxtda Azərbaycanda əmin-amanlıq var. Bunun nəticəsində də bütün sahələrdə nailiyyətlər əldə edilir. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Minayə Həsənova: Mən neftçi ailəsindənəm, buradakıların 70 faizi neftçi ailələrinin üzvləridir. Mənim 9 nəvəm var, Allah Sizin də nəvələrinizin canını salamat eləsin. Həmişə onları məktəbdən aparanda yapışırlar ki, nənə gedək bir az parkda gəzək. Mən hesab edirəm ki, bu park balaca Dubaydır. Onu bizə Siz bağışladınız. Bura əsl cənnətdir. Əvvəllər saat 4-5-dən sonra burada gəzmək olmurdu, qorxurduq. Hər tərəfi kol-kos basmışdı. İndi isə səhər saat 5-dək arxayın gəzmək olur.

Prezident İlham Əliyev: Mən də çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. Siz də qeyd etdiyiniz kimi, Azərbaycan xalqı sabitlik şəraitində yaşayır. Əmin-amanlıq, sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz indi dünyada baş verən hadisələri görürük, izləyirik. Harada ki, sabitlik pozulur, orada böyük faciələr baş verir. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Bu gün Azərbaycan istənilən sahədə - iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir. Nəinki mərkəzdə, qəsəbələrdə də yollar çəkilir, qazlaşdırma gedir, su xətləri çəkilir, belə gözəl parklar salınır.

Minayə Həsənova: Bunu görməyən nankordur, cənab Prezident.

Lalə Rəhimova: Mən hər gün xəbərləri izləyirəm, Sizin çıxışlarınıza qulaq asıram. Bir gün nəvəm gəldi yanıma dedi ki, bizim İlham babamız nə vaxt bizə qonaq gələcək?

Prezident İlham Əliyev: Gəlmişəm.

Saray Rəhimova: Sizə də, xanımınıza da cansağlığı arzulayıram. Koroğlunun Nigarı, İlhamın Mehribanı, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Saray Rəhimova: Mehriban xanım, mən bir Azərbaycan qadını kimi, Azərbaycan anası kimi Sizinlə fəxr edirəm. Çünki Siz dünya siyasətində olan qadınların içərisində öz sözünüzü demiş bir insansınız. Allah övladlarınızı, nəvələrinizi saxlasın. Allah hamınıza cansağlığı versin.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Saray Rəhimova: Siz gözəl ana, gözəl nənə, Azərbaycanın layiqli xanımısınız. Mən bir ana kimi Sizinlə fəxr edirəm ki, Azərbaycanın belə bir xanımı var. Bizim nəvələrimiz, balalarımız Sizdən örnək götürür, ailələrimiz Sizin ailənizdən örnək götürür. Çox şadıq ki, yolumuz açıq, səmamız aydın, getdiyimiz yol bəlli, inandığımız insan bizə arxa-dayaqdır.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Minayə Həsənova: Gözümüz aydın olsun, 10 milyonluq xalq olduq. On milyonuncu Mehriban xanım oldu.

X X X

Əhalisinin sayı 89 min nəfər olan Qaraçuxur Suraxanı rayonunun qədim qəsəbələrindən biridir. Bu parkın müasir səviyyədə yenidən qurulması qəsəbə sakinləri ilə yanaşı, paytaxtımıza gələn qonaqların da asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq yeni park, istirahət məkanları salınır, mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər bir daha göstərir ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter almaqla yüksək keyfiyyətlə icra olunur.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsində, onların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Paytaxtda yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması geniş vüsət alıb. Suraxanı rayonunun ərazisində yenidən qurulan bu istirahət məkanı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub YENİLƏNİB 2 VİDEO

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər