RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi ilə görüşmüşdür
Bakı, 29 iyun (AZƏRTAC). İyunun 29-da Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizə gələn Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi ilə görüşmüşdür.
Görüşdə Birləşmiş Ərəb Əmirlikləri və Fuceyra Əmirliyi ilə Azərbaycan arasında inkişaf edən əlaqələrin məmnunluq doğurduğu bildirildi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstəyin əhəmiyyəti vurğulandı. Qarşılıqlı səfərlərin mövcud əlaqələri daha da genişləndirəcəyinə əminlik ifadə edildi.