SİYASƏT


Prezident İlham Əliyev: Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq

Bakı, 10 may, AZƏRTAC

Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışından sonra etdiyi müraciətində bildirib.

Şəhərlərin, kəndlərin yenidən qurulduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoyub. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və bərpa edirik.

“Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.