Prezident İlham Əliyev: Bizdə yetişdirilən meyvə-tərəvəz orqanikdir və onun xüsusi dadı var
AzerTAg.az
Bakı, 3 avqust, AZƏRTAC
Bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin fəaliyyəti ilə tanışlıq və “Azbadam” MMC-nin badam emalı zavodunun açılışında deyib.
Yerli sortlara daha çox üstünlük verilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı bildirib: “Kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik”.

Xəbərin mətnində orfoqrafik səhv var