SİYASƏT


Prezident İlham Əliyev: Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar

Bakı, 30 sentyabr, AZƏRTAC

Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı bildirib.

Dövlətimizin başçısı Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq deyib: “Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik”.

Prezident İlham Əliyev bu münasibətlə bolqarıstanlı həmkarına bəri başdan təbrikini çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.