RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Bakir Sadoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bakir Sadoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edildi, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğu bildirildi, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşunun, sosial və humanitar layihələrə dəstəyinin Bosniya və Herseqovinada yüksək qiymətləndirildiyi qeyd olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin