SİYASƏT


Prezident İlham Əliyev: Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın ruhu şaddır

Bakı, 10 may, AZƏRTAC

Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Xalqımız üçün ən çətin anlarda onun yanında olub, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas edib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışından sonra etdiyi müraciətində söyləyib.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin banisi və qurucusu olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.