SİYASƏT


Prezident İlham Əliyev: Bu, pilot layihədir və maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq

Bakı, 27 aprel, AZƏRTAC

Zəngilana səfəri zamanı rayon sakinləri ilə görüşən Prezident İlham Əliyev onlarla söhbətində Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsi barədə danışıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı layihə çərçivəsində kənddə 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcəyini, iş yerləri yaradılacağını bildirib. Prezident qeyd edib ki, böyük ferma - camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq. Burada yaşamaq üçün nə lazımdırsa olacaq.

“Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezidentlə həmsöhbət olan gənc sakinlərdən biri doğma rayonu barədə böyük sevgi ilə söhbət açıb, Zəngilan gənclərinin daim öz dövlətinə, millətinə, Ali Baş Komandanına sadiq olduqlarını dilə gətirib.

Bunu təqdir edən Prezident İlham Əliyev deyib: “Zəngilanı görməyib, baxın, görün Zəngilanı necə sevir. Bax, budur Vətən sevgisi. Vətən sevgisi budur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.