RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib YENİLƏNİB VİDEO

Daşkəsən, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanındakı əbədi məşəl abidəsi önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də ərazilərimizin düşməndən azad edilməsi uğrunda hər zaman qəhrəmanlıqla döyüşüb, Vətən naminə canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan daşkəsənli gənclərdən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin