CƏMİYYƏT


Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarını təltif edib

Bakı, 29 iyun, AZƏRTAC 

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, bir nəfərə general-leytenant ali hərbi rütbəsi, bir nəfərə polis general-mayoru ali xüsusi rütbəsi, bir nəfərə “Əməkdar həkim” fəxri adı verilib. Bundan başqa, iki nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 30 nəfər “Vətən uğrunda” medalı, 11 nəfər isə “İgidliyə görə” medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.