RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunu qəbul etmişdir VİDEO
Bakı, 14 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrini qəbul etmişdir.
Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğuladı.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.