SİYASƏT


Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

1993-cü ildə qəbul edilmiş qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Amma onlar elə bil, istəyirlər ki, bu sənədlər kölgədə qalsın, ya da qüvvədən düşsün və öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Biz yenə işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma bu, keçmədi. Qoşulmama Hərəkatına üzv ölkələr buna kişi kimi imkan vermədi. Bizə dəstək göstərdilər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.

Göstərdikləri mərdliyə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sağ olsunlar, baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma bizim arxamızda kişi kimi durdular, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya beşdən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistan maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik”.

Azərbaycan Prezidenti qeyd edib ki, atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər, rədd olsun çıxsın. “Yoxsa, axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq, necə ki bizim qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.