Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib.

Prezident İlham Əliyevin

çıxışı

-Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.

Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik.

Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır.

Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var.

Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq, düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır.

Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib. Çünki bu da olmalıdır. Bildiyiniz kimi, fermerlərə böyük həcmdə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır.

Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız.

Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər.

Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşayır, onlar üçün şərait yaradılır. Mənim yadımdadır ki, Prezident kimi ilk açdığım köçkün qəsəbəsi Biləsuvar rayonunda olmuşdur və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olmuşdur.

Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur.

Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz “Doing Business” proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır.

Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünki son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq.

Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun.

Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz.

Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Biləsuvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, eyni zamanda, rayonların inkişafı təmin ediləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram.

X X X

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov dedi:

-Cənab Prezident, icazə verin, əvvəlcə öz adımdan və həmkarımın adından bizə göstərilən yüksək diqqət və etimada görə Sizə minnətdarlığımızı bildirək. Əmin edirik ki, biz Sizin bu etimadınızı yaxın gələcəkdə var gücümüzlə doğruldacağıq. Sizin bugünkü və ümumiyyətlə bütün çıxışlarınızda göstərdiyiniz məsələlər - vətəndaşların məmnunluğu, iqtisadi ab-havanın yaxşılaşdırılması, yerli və xarici səhmdarların Azərbaycanın bu bölgələrinə və hazırkı dövrdə Biləsuvar və Saatlıya cəlb olunması bizim fəaliyyətimizdə prioritet sahələrdən biri olacaqdır. Onu da qeyd edim ki, əsas məsələ yerlərdə yeni iş yerlərinin açılması və qeyd etdiyiniz kimi, bununla da vətəndaş məmnunluğuna nail olunmasıdır. Bir daha Sizə təşəkkürümü bildirirəm və əmin edirəm ki, etimadınızı doğruldacağıq.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov dedi:

-Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimaddan irəli gələn məsuliyyətin böyüklüyünü anlayıram. Sizi əmin etmək istəyirəm ki, öz fəaliyyətimdə, həyata keçiriləcək işlərdə daim yorulmadan var qüvvəmlə çalışacağam. Çox sağ olun, cənab Prezident. Bir daha Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib YENİLƏNİB VİDEO

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır

Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib

MSK-nın Şəkidə keçirdiyi regional seminar-müşavirədə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub

George Haci Rumıniya millisinin baş məşqçisi ola bilər

Çempionlar Liqası: "Linkoln" və "Qarabağ"ın start heyəti bəlli olub

Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirə keçirilib

Müsadirə olunmuş 248 kiloqram narkotik vasitə məhv edilib

Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb

® ABB Sumqayıtda 3-cü filialını açıb!

ADAU-nun tələbə və məzunları AQTİ-nin iş şəraiti ilə tanış olublar

Çin dövlət sirri haqqında qanunun tətbiqi qaydalarını müəyyənləşdirib

Voleybol üzrə Azərbaycan yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

Heykəllərin cilalanması ilə bağlı reallaşdırılan layihə çərçivəsində tədbir təşkil olunub VİDEO

Saray qəsəbəsində evdən seyf oğurlayanlar yaxalanıblar

UNEC məzunu: Dörd ildə 2 diplom əldə etməyim böyük zəhmətin sonu və uğura aparan yolun başlanğıcı oldu

Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanılıb

Naxçıvanda MSK tərəfindən seminar-müşavirə keçirilib

Bu ilin 6 ayı ərzində 154 aptekdə həyata keçirilən yoxlamanın nəticələri açıqlanıb

“Reuters”: Makronun siyasi avantürası Paris Olimpiadasına xələl gətirir

Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Ən böyük gənclər festivalı “Yay Fest”in 2-ci düşərgəsi başlayıb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

İndiyədək Rumıniyaya 9 milyondan çox ukraynalı qaçqın daxil olub

Bioloji preparatların yerli şəraitdə istehsalı texnologiyası üzrə ölkəmizdəki qabaqcıl təcrübənin öyrənilməsi müzakirə edilib

Britaniya hökumətinin Ruandaya deportasiya planı 700 milyon funt sterlinqə başa gəlib

Balballar: Tarixin daş mühafizəçiləri

Emil Əfrasiyab Şuşa sakinləri ilə maraqlı görüş keçirib

“Paris-2024”: Oyunlar öncəsi medal proqnozları açıqlanıb

Etnadakı aktivliyə görə Kataniya aeroportunda uçuşlar dayandırılıb

Azərbaycanın BƏT-lə əməkdaşlığı rəğbətlə qarşılanır

Birinci yarımildə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 350 mindən çox müraciət daxil olub

® “Birbank Biznes”dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə

Balaxanı Əməliyyat Şirkəti Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

Şuşa Forumunda Qərbi Azərbaycan reallığı

Hərbi Prokurorluq hərbçilərlə birlikdə Yevlaxda tədbir keçirib

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şahmat saatı keçirilib

Politoloq: Aİ-nin son addımı Ermənistanda demoqrafik böhranı daha da dərinləşdirəcək

DIRNA layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbi keçiriləcək

“Linkoln”un futbolçusu: “Qarabağ”la oyunda bütün gücümüzü göstərməyə hazırıq

Maksim Medvedev: “Qarabağ”ın favorit hesab olunması futbolçuları arxayınlaşdırmır

BMU-da yeni açılan fizika ixtisası son texnologiyalar əsasında tədris ediləcək

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Texnologiya Universiteti ilə Qranada Universiteti arasında memorandum imzalanıb

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib – SƏRƏNCAM

UNOPS onkoloji xidmətlərin modernləşdirilməsində Özbəkistana yardım edir

İqtisadiyyat nazirinin müavini Oğuzda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası yaradılır – FƏRMAN

ABŞ demokrat seçicilərinin 80 faizindən çoxu Baydenin prezidentlik yarışından imtina etməsini bəyənir

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mərkəzi Bank: Bugünkü hərracda tələb 82 milyon dollar təşkil edib

Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir

İran Hərbi Dəniz Qüvvələri batmış “Səhənd” esminesinin təmirinə başlayır

Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı film hazırlanır

“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq

Cahangir Cahangirov adına Xor Gürcüstanda festivalda birinci yerə layiq görülüb

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

Estoniyada yeni hökumətin andiçmə mərasimi keçirilib

Avropa İttifaqı böyük problemlərini kiçik Ermənistan vasitəsilə həll edə bilməyəcək - RƏY

Azərbaycan caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb

Altıqat Fransa çempionu üçüncü diviziona düşürülüb

Qoşqar Təhməzli: Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını artırmaqda maraqlıdır

Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb

UEFA Ukrayna klubunu Konfrans Liqasından kənarlaşdırıb

“Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumu keçiriləcək

Xaçmazda qaz sızmasından partlayış olub, yaralılar var

Vidadi Rzayev: “Qarabağ” yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq

FHN Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları üçün növbəti təlim keçirib VİDEO

Ekspert: Abituriyentlər qəbul olduqdan sonra imtina edəcəkləri ixtisasları seçməkdən çəkinməlidirlər

Bu ilin birinci yarımilində çıxarış verilən daşınmaz əmlakların 74 faizi bölgələrdə yerləşir

İsrail ordusu Qəzza sektorunu müvəqqəti tərk edə bilər

Hacıqabulda pnevmoniyaya yoluxan körpə ölüb

142 - Çağrı Mərkəzi IVR xidmətinin təkmilləşdirilməsi ilə daha çox vətəndaşa xidmət göstərir

“YAŞAT” ikinci yay məktəbinin ikinci həftəsi davam edir

Paris Olimpiadası sabah futbol və reqbi oyunları ilə start götürəcək

Xırdalanda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda Azərbaycan və Çinin hərbi təhsil üzrə ekspertlərinin görüşü keçirilib

Gəncə və Göygöldə dövlət dəstəyilə 15 qonaq evi yaradılıb

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcək abituriyentlərin nəzərinə

Sabah bəzi yerlərdə arabir yağış yağacaq

Mərkəzi Çağırış Komissiyasının iclasında iyul çağırışının yekunları müzakirə olunub

UNESCO: Qadınların və qızların idmanda iştirakı qənaətbəxş səviyyədə deyil

Pediatr: Qayğı və sevgi ilə dolu mehriban bir ailədə böyümək uşaq üçün olduqca əhəmiyyətlidir

Mətbuat tariximizdən: “Sovet Ermənistanı” qəzetinin azərbaycanlı redaktorları - Araşdırma

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 fevral tarixli 83 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moldova portalı Şuşada keçirilən Qlobal Media Forumu barədə geniş məqalə dərc edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2431 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kambocada bu ilin birinci yarısında 7058 denge qızdırması qeydə alınıb

Beynəlxalq Hüquq Yay Məktəbinin VIII buraxılışı keçirilib

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

BDU-da yeni ixtisaslaşma açılacaq: Korreksiyaedici təlimin metodları və metodologiyası

Vyetnamın ilk Prezidenti Ho Şi Minin Azərbaycana səfərindən 65 il ötür VİDEO

BMT: 2030-cu ilədək QİÇS-in ictimai sağlamlığa təhlükəsi aradan qaldırılmalıdır