SİYASƏT


Prezident İlham Əliyev: Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır

Bakı, 26 oktyabr, AZƏRTAC

Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli faktorlardan biridir.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında səsləndirib.

“Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz Qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı işbirliyi və qardaşlıq əlaqələri daha da güclənəcək və beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq”, - deyə dövlətimizin başçısı bildirib.

Zəngəzur dəhlizi haqqında danışan Prezident İlham Əliyev deyib: “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.