RƏSMİ XRONİKA


Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirdi. O, bu tədbirin beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini dedi. Əbdüləziz Osman əl-Tuveycri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, Əbdüləziz Osman əl-Tuveycriyə VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı VII Qlobal Bakı Forumunun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini dedi. ISESCO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, bu təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin