Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev IV “ADEX” və XIII “Securex Caspian” sərgiləri ilə tanış olub   YENİLƏNİB VİDEO

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış oldu.

Müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev və Türkiyənin Baş qərargah rəisi Yaşar Güler dövlətimizin başçısına sərgi haqqında məlumat verdilər.

Bildirildi ki, builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunur.

Qeyd edildi ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. İlk dəfə İordaniyadan olan şirkətlər də sərgiyə qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracına və xarici bazarlarda satışına cavabdeh olan nazirliyin pavilyonlarında son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.

Türkiyə Respublikası sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Müdafiə sənayesində ən müasir və qabaqcıl texnologiyalardan geniş istifadə edən qardaş Türkiyə sərgidə 42 şirkət ilə təmsil olunub. Bu şirkətlərdən biri olan “HAVELSAN” 1982-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun tərkibində yaradılıb. Şirkət təkcə müdafiə, təhlükəsizlik və İT sahələrində texnologiyaları inkişaf etdirməklə kifayətlənmir, həm də özünün yüksək texnologiyalı proqram həllərini hazırlayır və simulyatorlar istehsal edir. “HAVELSAN”, həmçinin yeni nəsil texnologiyalar, xüsusilə də süni intellektlə əlaqəli məhsullar, layihələr və sistemlər hazırlayır. Prezident İlham Əliyev şirkətin məhsulları ilə tanış oldu.

Türkiyəni təmsil edən “Roketsan” şirkəti 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının pavilyonları ilə də tanış oldu. Bildirildi ki, ölkəmizlə hərbi əməkdaşlıq edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir. Bildirildi ki, “Pakistan Ordnance Factories” (POF) şirkəti beynəlxalq standartlara uyğun geniş çeşiddə silah-sursat istehsal edən ən böyük dövlət müdafiə sənayesi kompleksidir. Pakistan Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının aparıcı təchizatçısı olmaqla yanaşı, POF dünyanın bir çox ölkəsinə məhsul ixrac edir. POF-un törəmə şirkətləri məhsullarına görə yüksək nüfuza malikdir. “Pakistan Ordnance Factories” şirkəti ISO-9001, ISO-14001, ISO-17025 vǝ OHSAS 18001 kimi beynəlxalq keyfiyyət sertifikatlarını əldə edib.

Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkəti çoxşaxəli hərbi tətbiqlər üçün məhsullar təklif etməklə, ölkənin ən böyük müdafiə istehsalat bölmələrini, əsas tədqiqat və inkişaf fəaliyyətlərinin mərkəzini təmsil edən Pakistanın dövlətə məxsus ilk müdafiə konqlomeratıdır. GIDS şirkəti tədqiqat və inkişaf fəaliyyətlərinə böyük məbləğdə sərmayə yatırır, Pakistanı yüksək texnologiya sahələrində aparıcı investor edir.

Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı olan “Lentatek” pilotsuz sistemlər sahəsində uğurlar əldə etmiş şirkətlərdən biridir. Dövlətimizin başçısına şirkətin istehsalı olan pilotsuz uçuş aparatları, hidrogen və yanacaq texnologiyaları, kosmik texnologiyalar və digər istehsalat sahələri barədə məlumat verildi.

“Dearsan” gəmiqayırma və gəmi təmiri zavodu inşa edildiyi 1980-ci ildən Türkiyənin ən mühüm müəssisələri arasındadır. “Dearsan” dəstək gəmisi, korvet (gözətçi) tipli gəmilər, patrul gəmiləri, çevik hərəkət qayıqları, desant gəmiləri, hidroqrafiya və okeanoqrafiya elmi tədqiqat gəmiləri, minaaxtaran gəmilər, özü idarəolunan qayıqlar, mülki nəqliyyat gəmiləri və həmçinin gəmiqayırma zavodunun tikintisi və ya modernləşdirilməsi, dəniz su sərhədlərinin mühafizə sistemləri, sursat istehsalı zavodu kimi müxtəlif mürəkkəb hərbi platformaların tikintisi üzrə ixtisaslaşıb.

Dövlətimizin başçısı İspaniyanın sərgidəki pavilyonu ilə tanış oldu. Pavilyonda bu ölkəni “Indra” şirkəti təmsil edir. Şirkət dünyanın aparıcı mühəndislik şirkətlərindən biridir və rəqəmsal sənayedə liderdir. Radar, elektron müdafiə, idarəetmə və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış şirkət öz sistemlərində süni intellekt və virtual reallıqdan istifadə edir. “Indra” şirkəti Avropanın ən böyük və ən qabaqcıl müdafiə proqramı olan FCAS-ın İspaniyadakı milli sənaye koordinatorudur.

Maşınqayırma və kimya sənayesi müəssisəsi yüksək texnologiya və təcrübəyə üstünlük verən Türkiyənin müdafiə sənayesində lider qurumlardan biridir. Müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. Bu müəssisə müştərilərə hərbi sursatlar - raketlər, silahlar, partlayıcı maddələr, barıt, pirotexnika və qaz maskaları kimi geniş çeşiddə məhsullar təklif edir.

“Turkish Aerospace” sabit və hərəkətli hava platformalarından pilotsuz uçuş aparatı və peyklərə qədər inteqrasiya olunmuş aerokosmik sistemlərin dizaynı, işlənib hazırlanması, müasirləşdirilməsi, istehsalı, inteqrasiyası və istifadə dövründə dəstək sahəsində Türkiyənin texnologiya mərkəzidir. Aerokosmik və müdafiə sahəsində ən yaxşı yüz qlobal şirkət arasında yer alan “Turkish Aerospace” tərəfindən dizayn və istehsal edilən bütün məhsullar üçün inteqrasiya olunmuş logistika xidməti də göstərilir.

Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə “ASSAN”dır. Şirkət silah və döyüş sursatlarının, o cümlədən onların tərkib hissələrinin, yarımbloklarının, ləvazimatlarının və ehtiyat hissələrinin qabaqcıl texnologiya ilə müasir müəssisələrdə beynəlxalq standartlara uyğun dizaynı, layihələndirilməsi və istehsalı imkanlarına malikdir.

Prezident İlham Əliyev İran İslam Respublikasının pavilyonuna da baxdı. Qeyd olundu ki, İran Aviasiya Sənaye Təşkilatı (IAIO) bu ölkənin mülki və hərbi aviasiya sənayesini planlaşdırmaq, nəzarət və idarə etmək məqsədilə 1966-cı ildə yaradılmış dövlət korporasiyasıdır. Şirkət təyyarə və aerokosmik məhsullar istehsal edir.

Pakistan Aeronavtika Kompleksinin stendində təyyarə və aviasiya sistemləri üçün texniki xidmət vasitələri, simulyatorlar və təlim sistemləri nümayiş olunur.

Məlumat verildi ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi müdafiə təyinatlı məmulatların - pilotsuz uçuş aparatlarının, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Türkiyənin “Aselsan” şirkəti artıq dördüncü dəfədir “ADEX” sərgisində iştirak edir. Şirkətin təqdim etdiyi məhsullar maraqla qarşılanır. Fəaliyyətinə radiorabitə cihazı ilə başlayan şirkət bu gün müdafiə və təhlükəsizlik sahəsində 500-dən çox adda məhsul istehsal edir.

İsrailin milli pavilyonlarında nümayiş edilən eksponatlarla tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi milli müdafiə və təhlükəsizlik problemlərini həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş təcrübəsindən istifadə edir.

“RAFAEL Qabaqcıl Müdafiə Sistemləri” MMC İsraildə 70 ildən artıqdır ki, hava, quru, dəniz və kosmos üçün kibertəhlükəsizlik sistemlərinin yaradılması ilə məşğuldur. Şirkət təyyarə və aviasiya vasitələri, raket və kosmik qurğular üçün sistem və komplekslər, zirehli döyüş maşınları, radioelektron, peyk, GPS və GSM sistemləri üzrə fəaliyyət göstərir.

Sərgidə İsrailin “Plasan” şirkəti də öz məhsullarını təqdim edir. Şirkət təkərli və tırtıllı döyüş maşınları üçün geniş çeşiddə robot texnologiyaları üzrə ixtisaslaşıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də sərgidə fəal iştirak edir. Fəaliyyət illəri ərzində ANAMA ölkə daxilində və xaricində bir sıra layihələr həyata keçirib. Agentlik hazırda işğaldan azad edilən Qarabağda mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı, həmçinin Qazaxıstanın Sənaye İnfrastrukturunun İnkişafı Nazirliyinin pavilyonu ilə də tanış oldu.

Rusiya Federasiyasını “ADEX-2022” sərgisində 13 şirkət təmsil edir. “Rosoboronexport” Rusiyanın müdafiə sahəsi ilə bağlı məhsulların, xidmətlərin və texnologiyaların tam çeşidinin ixracı üzrə yeganə dövlət agentliyidir. Qlobal silah bazarında liderlərdən biri olan “Rosoboronexport” Rusiyanın bu sahədə məhsul ixracının 85 faizdən çoxunu təşkil edir. Agentlik Rusiyanın müdafiə sənayesi üzrə 700-dən çox müəssisə və təşkilatı ilə əməkdaşlıq edir.

Bolqarıstan Respublikasının pavilyonu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Transmobil” şirkəti 1990-cı ildə Sofiya şəhərində yaradılıb. Şirkət yüksəksürətli kinetik sursatların, kumulyativ-termobarik qumbaraatanların, yüksək effektivliyə malik artilleriya sursatlarının və minaatanların istehsalı üzrə fəaliyyət göstərir.

Sərgidə Ukraynanı təmsil edən “Motor Sich” Açıq Səhmdar Cəmiyyəti hərbi texnika üzrə layihələndirmə, təkmilləşdirmə, istehsal, əsaslı təmir və texniki dəstək sahəsində ixtisaslaşmış çoxşaxəli müəssisədir. ASC-nin istehsal etdiyi məhsullar dünyanın 100-dən çox ölkəsində uğurla istifadə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sərgidəki pavilyonunda da oldu. Məlumat verildi ki, bu ölkəni təmsil edən “CETC International Co. Ltd” “Çin Elektron Texnologiyalar Qrupu Şirkəti”nin (CETC) beynəlxalq biznes və əməkdaşlıq üzrə əsas platformasıdır. CETC 2021-ci ildə “Fortune Global 500” sıralamasında 354-cü yerdə qərarlaşıb.

Dövlətimizin başçısı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsinin istehsal etdiyi hərbi texnika ilə tanış oldu.

Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxdı.

Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və digər aktual mövzular üzrə sessiyalar keçiriləcək.

Beləliklə, IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Prezident İlham Əliyev IV “ADEX” və XIII “Securex Caspian” sərgiləri ilə tanış olub   YENİLƏNİB VİDEO

Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir

Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

ABŞ-ın Atlanta şəhərində baş verən atışmada 3 nəfər ölüb

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib VİDEO

Qərbi Azərbaycan İcması “Human Rights Watch” təşkilatının hesabatına sərt münasibət bildirib

Gürcüstanda zəlzələ qeydə alınıb

Günəbaxan sahələrində məhsuldarlıq artıb

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

Deputat: Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub

Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir

Rus Dram Teatrında “Albalı bağı” tamaşasının premyerası olacaq

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun maraqlarına cavab vermir

Livan sahillərində batan gəmidən 27 miqrant xilas edilib

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymağı tələb edib

Roma Papası: Ukraynadakı müharibə həm də silah istehsalçılarına lazımdır

BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

ECO-ya üzv ölkələrin turizm nəzirlərinin Ərdəbildə görüşü keçiriləcək

Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Cəmil Quliyev: Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır VİDEO

Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi vacibdir

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil VİDEO

DİN: Qarabağda yaşayan erməniəsilli sakinlərin vətəndaşlıq məsələlərinə baxılması işi diqqətdə saxlanılır

Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk

XİN: Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Ceyhun Bayramov: Otuzillik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib VİDEO

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib

Nazir: Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır

XİN: Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Ceyhun Bayramov: Azərbaycan hökuməti qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir

DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO  YENİLƏNİB

Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir

Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Fransa, Almaniya və Avropa İttifaqının ədalətsiz mövqeyi onların qərəzli siyasi məqsədlərini təsdiqləyir - ŞƏRH

Avropa Kuboku: "Kür" Mingəçevirdə İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışa start verilib

Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək

Karyerasını bitirən Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri ölkəmizə səfər ediblər

T.S.Süleymanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 milyard 797 milyon manat vəsait yönəldilib

Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Nazirlər Kabinetinin geniş iclası keçirilib

Ağdamdan Xankəndiyə yanacaq göndərilib VİDEO

Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında Memorandum imzalanıb

Deputat: Azərbaycanın irəli sürdüyü təkliflər regionun və Qarabağda yaşayan vətəndaşların rifahına yönəlib

Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır

Elm və təhsil naziri Əməkdar müəllim Faina Ələkbərova ilə görüşüb

Azərbaycan və Pakistan sahibkar qadınları arasında iqtisadi əlaqələr müzakirə olunub

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumuna qeydiyyat aparılır

Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi ikili diplom proqramı çərçivəsində Türkiyədə təhsil alacaq

Gəncədə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb

Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb

Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri bəyənilib

Albert Aqarunovun vurduğu erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur VİDEO

Müharibə zamanı tədris üçün təlimə dair layihə çərçivəsində seminar

KOBİA nümayəndələri Avstraliyada sahibkarlıqla məşğul olan iş adamları ilə görüşüb

Şərqşünas alim antiterror tədbirləri haqqında ərəb telekanallarına müsahibələr verib

Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən edilməsi, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli Qərarının ləğv edilməsi haqqında” 2022-ci il 4 fevral tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında” 2016-cı il 11 avqust tarixli 304 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dubayda dünyanın ilk üzən məscidi tikiləcək

Prezident İlham Əliyev İtaliya xalqına başsağlığı verib

Azərbaycanın dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” yekunlaşıb

Heydər Əliyev adına Hərbi İnstitutda təhsilin təşkili qaydası dəyişib

Ordunuzun yüksək peşəkarlığı antiterror tədbirlərinin qısa zamanda yekunlaşması ilə nəticələndi – Hərbi ekspert

Ukraynalı ekspert: Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəti qələbəsi böyük epoxanın sonu oldu

Tarix Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Şərqşünaslıq İnstitutunun nəşrləri Türkiyə 29 Mayıs Universitetinin kitabxanasına hədiyyə edilib

Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi müəyyənləşib