SİYASƏT


Prezident İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması barədə xəbərin bizi son dərəcə sarsıtdığını bildirib.

“Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Xatırladaq ki, aprelin 30-na keçən gecə Meron dağında Laq ba-Omer dini bayramında tribunanın çökməsi nəticəsində basırıq yaranıb. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 44 nəfər həyatını itirib, azı 150 nəfər yaralanıb. Faciə ilə əlaqədar mayın 2-si İsraildə milli matəm günü elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.