Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüş iştirakçılarını salamladı.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Nümayəndə heyətinin üzvləri: Sabahınız xeyir, cənab Prezident.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.

“Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato dedi:

-Sabahınız xeyir, cənab Prezident. Bu səhər bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. 2018-ci ildəki açılış mərasimindən sonra biz yenidən Azərbaycana səfərə gəlmişik. Bu gün səfirimiz və “Maire Tecnimont” şirkətinin heyəti ilə Bakıda olmağımızdan şərəf duyuruq. 2020-ci ildə Dağlıq Qarabağdakı gərgin dövrü geridə qoymağınız münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycana çox yaxınıq və həmin mühüm vaxt bütün italyanların diqqəti də burada idi. Bildiyiniz kimi, biz 7 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. Biz ölkənizin sənayeləşdirilməsi işinə töhfəmizi veririk. Bu gün burada olmaqdan fərəh hissi duyuruq. Çünki biz artıq yeni layihələrə cəlb olunmuşuq. Şəxsən özüm və “Maire Tecnimont” şirkətinin bütün heyəti adından Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik.

Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir.

Daha bir mövzu bizim yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlığımıza aiddir. Bizim buradakı heyətimiz bu gün tələbələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu, bizim ümumi yanaşmamızdır. Ancaq ölkənizdə bu yanaşmanın inkişafı üçün yaxşı imkanlar mövcuddur. Digər bir məsələ sənaye zəncirinin yerli məzmunu ilə bağlıdır. Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur. Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var. Sizinlə bərabər biz bu əməkdaşlığı davam etdirmək və ölkənizdə uzunmüddətli fəaliyyət sahəmizi genişləndirmək arzusundayıq. Bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanı doğma ölkə hesab edirik. Bu, işlədiyimiz hər bir ölkədə bizim prinsipimizdir.

Prezident İlham Əliyev dedi:

-Çox sağ olun. Xoş sözlərinizə görə, əvvəla Azərbaycanın keçən il ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Biz xalqımız, ölkəmiz üçün çox çətinliklər yaradan bu əsas məsələni həll etdikdən sonra, - bu məsələ həm də dünyada ən böyük haqsızlıqlardan biri idi, - Azərbaycanın inkişafı daha da sürətli olacaq. Buna baxmayaraq, hətta işğal illəri ərzində Azərbaycan uğurla inkişaf etmişdir, sənayeni və müasir texnologiyaları inkişaf etdirmişdir. Yeri gəlmişkən, bizim sizin şirkətinizlə sıx əməkdaşlığımız və Azərbaycanda icra etdiyiniz layihələr onu göstərir ki, ölkənin iqtisadi və sənaye inkişafı çox yaxşı təsir bağışlamışdır.

İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, - o, 4,3 faiz olmuşdur, - bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl nümayişidir və “Maire Tecnimont” kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlıq, əlbəttə ki, bizə kömək etdi və gələcəkdə də kömək edəcək.

Mən sizin Azərbaycandakı fəaliyyətinizlə bağlı məlumata baxırdım və əlbəttə ki, Sumqayıtdakı açılış mərasimini də xatırlayıram. O zaman bu mühüm əlamətdar hadisədə Prezident cənab Mattarella mənimlə birlikdə iştirak edirdi. Ümumiyyətlə, sizin şirkətiniz Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub və hesab edirəm ki, bu belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz. Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir.

İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir.

Beləliklə, biz ümid edirik ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir.

Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək. Sizə uğurlar arzulayıram və sizi Bakıda görməyə şadam. Ümid edirəm ki, növbəti dəfə biz videokonfrans vasitəsilə yox, üzbəüz görüşəcəyik.

Baş icraçı direktor Pierroberto Folgiero dedi:

-Sağ olun, cənab Prezident. Əvvəlcə, universitetlə əməkdaşlıq əsasında inkişaf məsələlərində Sizə yardımçı olmaqdan olduqca məmnunam, çünki “Maire Tecnimont” şirkətinə gəldikdə, ilk olaraq texnologiyalara əsaslanan şirkət haqqında düşünürsən. Bizim yeni texnologiyalara böyük inamımız var və bu səbəbdən töhfə verməkdən çox məmnun olardıq. Xüsusən də bilirəm ki, SOCAR ilə kimya sahəsində əməkdaşlıq aparılır. Bu işbirliyi universitetin fəaliyyətə başlamasını nəzərdə tutacaq. Bu isə kimya sahəsində malik olduğumuz ən mühüm dəyərlərdən biridir.

İcazə verin, əvvəlcə, bildirim ki, biz öndə gedirik və istərdik, “yaşıl kimya” adlandırdığımız sahəni inkişaf etdirək. Fikrimizcə, dünyanın bu bölgəsində Azərbaycanın üzərinə mühüm rol düşür. Həmin ideyalarla bölüşməkdən çox şad olardıq. Bu, birinci məsələdir.

İkinci məsələyə gəlincə, biz əməkdaşlığı, məsələn, enerji istehsalı sahəsində də genişləndirməkdə çox maraqlıyıq. Yanaşmamız uzunmüddətlidir və ən əsası, insan kapitalına söykənir, gənclərin işə cəlb edilməsini nəzərdə tutur. Sizə bir faktı da söyləyim. Biz dünya miqyasında regional müşavirələr keçiririk və onlardan birində “Tecnimont” şirkətində çalışan gənc azərbaycanlı həmkarımız iştirak edib və dünya ictimaiyyəti qarşısında əməkdaşlığın faydası, mədəniyyətlərarası işbirliyi barədə çıxış edib. Onun çıxışı bütün insanlarımızda böyük hisslər doğurdu. Hər hansı böyük uğur hər ikimizə məmnunluq hissləri yaradır. İcazə verin, bildirim ki, yeni texnologiyaları inkişaf etdirmək və sizin çevikliyinizdən, sahibkarlıq imkanlarından istifadə etməkdən çox şad olardıq. Bu keyfiyyətlər İtaliyanın iş adamlarının da yanaşmasının əsasında dayanır və müəyyən dərəcədə “yaşıl kimya” sahəsində qabaqcıl mövqeyi şərtləndirir.

Prezident İlham Əliyev dedi:

-Çox sağ olun. Sizin gələcək tərəfdaşlığımızla bağlı ideya və fikirlərinizi tam dəstəkləyirəm. Əlbəttə, Turin Universitetinin ümumi işlərimizdə iştirakı çox alqışlanandı. Həmçinin siz “yaşıl kimya”nı qeyd etdiniz. Bildiyimə görə, bu, texnoloji inkişaf baxımından yenilikdir. Bu, həmçinin bizim gündəliyimizə tam uyğundur, çünki əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq və xüsusən də bütün çirklənmiş sahələri təmizləyək. Xüsusən də burada, Bakıda və Abşeron yarımadasında. Həmin ərazilər yüz ildən artıqdır ki, çirkləndirilib. Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək. Buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq.

Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var.

Mən bir daha, xüsusi olaraq, qeydlərinizdən birinə istinad etmək istəyirəm. Bu, şirkətinizdə yerli işçilərin olması ilə bağlıdır. Bu, dostluğun əsl rəmzidir və dostluğu nümayiş etdirir. Mən buna görə sizə təşəkkürümü bildirmək istəyirəm və əminliyimi ifadə edirəm ki, biz şirkətinizlə və tərəfdaşlarınızla birgə işimizi davam edəcəyik. Əminəm ki, buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər barədə ölkənizin iş adamları nə qədər çox bilərsə, bir o qədər çox İtaliya şirkətləri bura gələcək. Biz bunu istəyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib YENİLƏNİB VİDEO

Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı

Zaqatalada avtomobil aşıb, iki nəfər yaralanıb

İtaliya sahillərində güclü zəlzələ olub

Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib

İsrail fevralın 8-də 183 fələstinli məhbusu azad edəcək

Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib

Tramp gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır

“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib

Şəkidə fərdi yaşayış evində yanğın baş verib

İsveç hökuməti odlu silahlara lisenziya verilməsi qaydalarının sərtləşdirilməsini təklif edir

® Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Türkiyəli ekspert: Paşinyanın ziddiyyətli bəyanatı Ankara ilə aparılan danışıqlara zərbə vurur

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

USAID-in taleyi: Konqresdə böyük mübarizə gözlənilir - ŞƏRH

Azərbaycan və Karib Ölkələri Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Britaniyada “TikTok” məhkəməyə verilib

Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb

® “Unibank” işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

İzmirdə Azərbaycan ilə Türkiyənin iş adamları birgə fəaliyyət imkanlarını müzakirə ediblər

Adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı açıqlanıb

“DeepSeek” xidmətinin istifadəsinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib VİDEO

Ərdoğan: 2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik

Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

Serbiya-Macarıstan neft kəmərinin tikintisinə ilin sonu başlanacaq

Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə əsas prioritetləri müzakirə olunub

® “Biznes proseslərində güvən, sürət və innovasiya” adlı innovativ rəqəmsallaşma həlləri mövzusunda konfrans keçirilib

XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirilib

Britaniya hökuməti “Apple” istifadəçilərinin şifrələnmiş məlumatlarına giriş tələb edib

Almaniyada ixracın və sənaye istehsalının həcmi azalıb

Beynəlxalq tədbirin iştirakçıları Azərbaycanda kosmik hava fəaliyyətləri barədə məlumatlandırılıb

Mirsalam Qənbərov: Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zamanı ətraf mühit normalarına diqqət yetirilməlidir

Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan sərgi açılıb

Qəbələnin iki kəndində həkim məntəqəsi əsaslı təmir olunub

Andras Laszlo: USAID və ona bağlı fondlar bir çox ölkələrin siyasətinə müdaxilə edib

Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İlon Maskın AfD-yə dəstəyindən sonra Almaniyada “Tesla” avtomobillərinin satışları xeyli azalıb

BSU-da müasir avadanlıqlarla təchiz olunmuş mərkəz və laboratoriyalar tələbələrin istifadəsinə verilib

Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti - humanitar proqramlar və QHT-lər

Əmanətlərin Sığortalanması Fondu bu günədək ödədiyi kompensasiyanın məbləğini açıqlayıb

Bakının bir sıra ərazisində su və kanalizasiya xətləri dəyişdirilib

AKİA sədri Füzulidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qərbi Azərbaycandan olan həndbolçu: Səbirsizliklə doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik

Ukrayna ilk dəfə Avropa İttifaqına biometan ixrac edib

İşğaldan azad olunan ərazilərdə hazırda tikintisi davam edən yarımstansiyalar açıqlanıb

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub

Mobil bulud hesablamalarının optimal sintezi istiqamətində aparılan tədqiqatların nəticələri müzakirə olunub

“Azərişıq”: Son 10 ildə enerji yığımı 80 faizdən 97,5 faizə yüksəlib

Baş prokuror Zərdabda vətəndaşları qəbul edib

“Xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq” - Qərbi azərbaycanlı acı xatirələrini danışır

AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Daxili işlər naziri Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirib

Dünya futbolunda qış transfer rekordu yenilənib

® “Coca-Cola” İsmayıllıda investisiya dəyəri 68 milyon manat olan zavod açır

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam etdirilir

Komitə sədri Bahar Muradova Yevlaxda vətəndaş qəbulu keçirəcək

ETSN yağıntılı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Britaniyada mobil telefon oğurluqları iki dəfə artıb

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

San-Pauluda təyyarə avtomobillərlə toqquşub, ölənlər var - YENİLƏNİB

Azərbaycan Parlament Sədrlərinin 6-cı Dünya Konfransında təmsil olunacaq

AzMİU tələbələri xaricdə təhsil və karyera imkanları barədə məlumatlandırılıb

Maya Sandu: Dnestryanı bölgə sanksiyaların pozulmayacağı təqdirdə Rusiyadan qaz ala bilər

Mirsalam Qənbərov: Məqsədimiz həyata keçirilən layihələrin icrası zamanı ekoloji normaların gözlənilməsinə nail olmaqdır

Fici adalarında 6 bal gücündə zəlzələ olub

“Azərişıq” azad olunan ərazilərdə həyata keçirdiyi layihələri açıqlayıb

Nərimanov rayonunda yolun təhsil müəssisəsinin ərazisindən keçən hissəsində mövcud olan 50 ağac köçürülüb

Bu il cənub bölgəsində 4 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır

Bakıda “Rəqəmsal məktəb” platforması istifadəyə verilib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Serxio Ramos Meksika klubuna keçib - RƏSMİ

BSU-nun beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri təhlil edilib

Dövlət orqanlarında 88 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

“Bank Respublika” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlayıb

BƏƏ ötən il Rusiyaya turist axını edən ölkələr sırasında üçüncü yerdədir

Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Məmmədov Yevlaxda dəfn edilib

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə nazirini kollektivə təqdim edib

Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb

Beynəlxalq Olimpiya Komitəsinin idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitləri Azərbaycan dilinə tərcümə edilib

Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edir

A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib

“SBI Markets”: Azərbaycan müsbət investisiya mühiti nümayiş etdirir – MÜSAHİBƏ

Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionu: Öz çıxışımdan tam razı qalmadım

Millinin baş məşqçisi: Kamandan oxatma ilə məşğul olanların sayı ildən-ilə artır

Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb

Ukrayna fevralda ABŞ Prezidentinin xüsusi nümayəndəsinin səfərini gözləyir

USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi ŞƏRH

® Bud-çanaq oynaqları və diz oynaqları xəstəliklərinin müalicəsi necə aparılır?

Qanunsuz ova cəhd edən şəxs saxlanılıb

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub

Dirijor Fuad İbrahimov: Orkestr musiqinin ruhudur MÜSAHİBƏ

Beynəlxalq Muğam Mərkəzində Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırılıb VİDEO

Alyaskada göyərtəsində 10 nəfərin olduğu təyyarənin axtarışları davam edir