RƏSMİ XRONİKA


Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb VİDEO

Davos, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Metyu Piqas “Lazard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin