RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidentini və baş koordinatorunu qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Mərkəzçi Demokrat İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edildi, Azərbaycanda son vaxtlar həyata keçirilən islahatlar, atılan addımlar, ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində aparılan işlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin