Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib VİDEO

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

- Əziz dostlar, hər il olduğu kimi, ilin sonunda biz ilin idman yekunlarını müzakirə edirik. Artıq bu gözəl ənənə neçə ildir ki, yaşayır və əminəm ki, bundan sonra da yaşayacaqdır. Yadımdadır, 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə mən demişdim ki, Azərbaycan dövləti və Milli Olimpiya Komitəsi idmançılara qayğı göstərəcək, idmançılardan isə biz qələbələr gözləyirik. 

Bu siyasət uğurlu siyasət olmuşdur. Bu siyasət nəticəsində Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla inkişaf edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır. Bir daha demək istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir.

Bütövlükdə, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Eyni zamanda, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir.

İl ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onlardan ikisi Avropa çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq yarışın keçirilməsi həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış olsunlar, Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü, qüdrətli, müasir Azərbaycan dövləti vardır.

Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.

Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir.

İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar.

Bu il idman qurğularının tikintisi davam etdirilmişdir. Göygöl şəhərində Olimpiya Mərkəzi açılmışdır. Hazırda 9 rayonda Olimpiya komplekslərinin tikintisi aparılır, yaxud da ki, ona hazırlıq işləri gedir. Bütövlükdə bölgələrdə 41 Olimpiya Mərkəzimiz var. Ümumiyyətlə isə son illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi yaradılmışdır. Beləliklə, idmanla məşğul olmaq üçün hər bir bölgədə yaxşı imkanlar - üzgüçülük hovuzları, açıq, qapalı zallar və bütün infrastruktur var. Ona görə tam əminəm ki, bizim beynəlxalq yarışlardakı nailiyyətlərimiz uğurla davam edəcək.

Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər. Noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Azərbaycanın uğurlu inkişafı, o cümlədən idmanın inkişafı ilə bağlı çox dəyərli fikirlər səsləndirilmişdir. Bu Assambleyada 300-dən çox qonaq iştirak etmişdir. Avropanın bütün yerlərindən gələn qonaqlar şəhərimizlə, idman nailiyyətlərimizlə tanış oldular. Həm Avropa Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, bu tədbirdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın bu sahədəki uğurlarını qeyd etmişlər.

Bizim bütövlükdə beynəlxalq idman qurumları ilə əməkdaşlığımız uğurla davam etdirilir. Təsadüfi deyil ki, Bakıda birinci Avropa Oyunları keçiriləcək. Bu Oyunların keçirilməsi tarixi hadisədir. Çünki bildiyiniz kimi, ilk dəfə olaraq Avropada belə oyunlar keçiriləcək və bu məsuliyyət bizim üzərimizə düşür. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük, buna hazır idik. Görülən bugünkü işlər onu göstərir ki, Avropa Olimpiya Komitəsi düzgün qərar qəbul etmişdir.

Hazırlıq işləri son mərhələdədir. Bildiyiniz kimi, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız var idi. Biz bu hazırlıq işlərini çox məhdud bir vaxt, zaman çərçivəsində görürük. Ancaq bütün işlər yüksək keyfiyyətlə, qrafik üzrə aparılır və bütün idman qurğuları vaxtında hazır olacaq. Bu, o qədər də asan məsələ deyil. Çünki bizim bəzi idman qurğularımız var idi, bəziləri isə tikilir, olanlar da əsaslı təmir edilir. Ona görə hazırda çox böyük quruculuq işləri aparılır. Bütün idman obyektlərində gərgin iş gedir. Bu Oyunların keçirilməsi nəticəsində Azərbaycanda yenilənmiş və yeni gözəl idman infrastrukturu yaradılacaqdır ki, gələcəkdə Yay Olimpiya Oyunlarını da keçirmək mümkün olacaq.

Əslində, Avropa Oyunları idmançıların, idman növlərinin sayına görə Yay Olimpiya Oyunlarına çox yaxındır, altı mindən çox idmançı iştirak edəcək və 20 idman növündə yarışacaqdır. Müqayisə üçün deyə bilərəm ki, 1980-ci illərə qədər Yay Olimpiya Oyunlarında təxminən 6 min idmançı iştirak edirdi. Ondan sonra idman növlərinin artırılması nəticəsində Yay Olimpiya Oyunlarında təqribən 9-10 min idmançı iştirak edib. Yəni, bizim Oyunlarımız Yay Olimpiya Oyunlarından o qədər də çox fərqlənməyəcək. Eyni zamanda, bizim Oyunlarımızın bir neçə üstünlüyü olacaqdır. Çünki bir neçə idman klasteri yaradılıbdır, idmançılar və mətbuat nümayəndələri üçün Olimpiya şəhərciyi və media şəhərciyi yaradılır. Bu da ən yüksək səviyyədə olan binalardır, orada ən gözəl şərait yaradılacaqdır, özü də şəhərin mərkəzində yaradılır. Yay Olimpiya Oyunlarında Olimpiya şəhərciyi şəhərlərin kənarında yerləşir. Oraya gedib çatmaq üçün ən azı bir saat vaxt lazımdır. Bu isə şəhərin mərkəzindədir.

Bizim mövcud olan bütün idman obyektlərimiz təmir olunur – Heydər Əliyev adına İdman Kompleksi, Bakı İdman Sarayı və bizim digər obyektlərimiz “Crystal Hall” - indi orada da bir neçə idman növü üzrə yarışlar keçiriləcəkdir. Bakı Gimnastika Arenası bu yaxınlarda istifadəyə verilmişdir. Stend Atıcılığı Mərkəzi uğurla inşa edilir. Su İdmanı Sarayı, indi onun tikintisi son mərhələdədir. Böyük Olimpiya Stadionu tikilməkdədir. Eyni zamanda, Baku Sport City adlanan mərkəz də inşa edilir və bu, nadir bir idman mərkəzi olacaqdır. Eyni zamanda, bu Oyunların keçirilməsi nəticəsində şəhərimizin infrastrukturuna böyük dəstək verilir, nəqliyyat məsələləri öz həllini tapır, yeni nəqliyyat istiqamətləri açılır, yollar, körpülər, estakadalar salınır və şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar alınır. Yəni, bu Oyunlardan sonra əlbəttə ki, Bakı şəhərində yeni imkanlar yaranacaq.

İndi böyük ekoloji layihələr icra edilir. Göllərin təmizlənməsi prosesi gedir, o cümlədən Böyükşor gölünün təmizlənməsi indi uğurla davam etdirilir. Böyükşor gölü ikiyə bölünür. Göl üzərində bənd artıq tikilibdir. Bəndin üzərində geniş avtomobil yolu çəkilir, yəni, nəqliyyat üçün çox gözəl imkanlar açılır, eyni zamanda, Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi nəticəsində, - o da Oyunlara qədər hazır olacaq, şəhərin mərkəzində 300 hektar sahədə təmiz, gözəl, abad bir göl olacaq ki, onun ətrafında bulvar, meşə, gəzinti, idman, velosiped zolaqları - hər şey nəzərdə tutulubdur. Artıq təmizləmə prosesi getdiyi bir vaxtda - mən bunu böyük sevinclə qeyd etmişəm – artıq köçəri quşlar da o gölə qonur. Bu da onu göstərir ki, artıq orada su təmizlənir.

Eyni zamanda, Sport City yerləşən ərazidə, köhnə buruqların yerində gözəl bir idman mərkəzi salınır. Bibiheybət neft yataqları dünyanın ən qədim neft yataqlarından biridir. Vaxtilə neft hasilatının fəsadları orada özünü büruzə vermişdir, o yer tamamilə ekoloji fəlakət mənzərəsini əks etdirirdi. Orada olan buruqlar bəzi filmlərdə də öz əksini tapmışdır. İndi o ərazi tamamilə təmizlənir, böyük - 20 hektarlıq bir park salınır. Su İdmanı Sarayının ətrafı gözəl Bakının bəlkə də ən gözəl park zonasına çevriləcəkdir. Beləliklə, bulvarın uzunluğu da artacaqdır. Ənənəvi bulvarın uzunluğu 3 kilometr yarım idi. İndi isə yeni layihələr nəticəsində bulvarın uzunluğu 16 kilometrə çatacaqdır. Bu, dünyanın bəlkə də ən uzun bulvarı olacaq. Hər bir insan “Ağ şəhər”dən başlayaraq ta Bibiheybət buruqlarına qədər piyada gedə bilər. Ancaq əlbəttə ki, bu, çox uzun bir məsafədir. Ona görə, bulvara əlavə xüsusi kiçik avtobuslar gətiriləcək ki, onlar da insanlara rahatlıq verəcək.

Yəni, demək istəyirəm ki, görün bu Oyunların keçirilməsi bizim üçün nə qədər böyük imkanlar açır. Düzdür, onsuz da biz bu layihələri icra edəcəkdik. Həm Böyükşor gölünün təmizlənməsi, bulvarın tikintisi, yəni, bu, bu günün məsələləri deyil. Biz, eyni zamanda, böyük Olimpiya Stadionunun da təməl daşını qoyanda hələ Oyunların keçirilməsi haqqında qərar verilməmişdi. Biz onsuz da bunları edəcəkdik. Sadəcə olaraq, Oyunlar bizi məcbur edir ki, bunu daha da qısa müddət ərzində həyata keçirək. Altı aydan sonra bütün bu gözəl, yeni yerlər ictimaiyyət üçün açıq olacaq və Oyunlardan sonra Bakı sakinləri, onun qonaqları bu gözəl imkanlardan istifadə edəcəklər. Bizim gözəl şəhərimiz Bakı daha da gözəl olacaq və əminəm ki, qonaqlar, idmançılar, şəhərimizə gələn bütün turistlər bunu bir daha görəcəklər.

Bu Oyunların keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. İdman aləmində isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər Azərbaycanın uğurlarından danışırlar. Ona görə bu Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Bakı və Azərbaycan dünyanın ən təhlükəsiz şəhərlərindən, ölkələrindən biridir. Beləliklə, Azərbaycan dünyaya öz imkanlarını bir daha göstərəcək.

O ki qaldı bizim idman uğurlarımıza əminəm ki, gələn il də bu uğurlar təmin ediləcək. Artıq gözəl bir ənənə vardır. İdmançılarımız həm peşəkardırlar, həm vətənpərvərdirlər, Vətənə bağlıdırlar və Azərbaycan bundan sonra da beynəlxalq arenalarda öz sözünü deyəcək.

Bu gün biz idmançıları, idman mütəxəssislərini ənənəvi olaraq təltif edəcəyik. Dövlət, xalq üçün görülən hər bir iş əlbəttə ki, dövlət tərəfindən layiqli qiymətini alacaqdır. Biz idmançıları hər il təltif edirik, müxtəlif mükafatlar verilir. Bu gün də bu mükafatlar veriləcəkdir. Əminəm ki, biz gələn il Avropa Oyunlarının qaliblərini təltif edəcəyik.

Mən fürsətdən istifadə edərək, sizi və bütün Azərbaycan idmançılarını, bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə gələn ildə yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.

İdmanda yüksək nailiyyətlər göstərən Elsevər Quliyev, Elvin Əhmədli, Əkbər Fərəcov və Cəsarət Əhmədov Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Respublikamızda idmanın inkişafında xidmətləri olan Rafiq Həsənova və Məmməd Useynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənədlər təqdim olundu.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Maqomed Aliomarova, Vaqif Cəfərova, Musa Həsənova və Çingiz İsmayılova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Akif Atakişiyevə və Şəmsəddin Şahbazova isə “Əməkdar Müəllim” fəxri adlarının döş nişanlarını təqdim etdi.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov federasiya üzvləri adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. Bildirdi ki, bu il qol güləşi üzrə 24-cü Avropa çempionatı Azərbaycanda keçirilib. 33 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan pəhləvanları 41 medal qazanıblar. Qeyd edildi ki, bu il həm də federasiyanın yeni mərkəzinin açılışı olub.

Ağır Atletika Federasiyasının nümayəndəsi, veteran Məmməd Useynov fərdi təqaüd aldığına və idman veteranlarına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Bakı Dövlət Universitetinin idman kafedrasının müdiri Akif Atakişiyev dövlətimizin başçısına idmanın inkişafına göstərdiyi qayğıya, həmçinin idman mütəxəssislərinə və idmançılara ayrılan diqqətə görə minnətdarlığını ifadə etdi.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına doğum günü münasibətilə təbriklərini çatdırdı, fəaliyyətində uğurlar arzuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib   VİDEO

Nəsimi rayonunda məktəbin yaxınlığında narkotik vasitə satan şəxs saxlanılıb

İcma: Fransanın XİN başçısının son açıqlamaları rəsmi Parisin Ermənistanı revanşizmə sövq etdiyini göstərir

Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq

® “ADORE” şirkəti beynəlxalq TFWA parfümeriya şirkətində

Macarıstanda təhsil üçün “Stipendim Hungaricum in Azerbaijan” layihəsinə start verilib

Şabranda 100 kilometrdən artıq torpaq kanal betonla əvəzlənib

“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Müəllim ömrü - ADPU-da tədbir

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib

Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb

® Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu

Çempionlar Liqası: Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək

Dövlət Xidməti: Ermənistan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına maneə olur

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

ABŞ hökuməti kosmik tullantıları Yerin orbitinə atanlara qarşı sərt tədbirlər görür

NİİM: Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb

"Sabah" basketbol klubunun baş məşqçisi: Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu

DİM “Abituriyent” jurnalının xüsusi buraxılışını təqdim edib

AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib

“İnformasiya təhlükəsizliyi və məxfilik” - Milli təlim

® “Ritz-Carlton Bakı” və “JW Marriott Abşeron Bakı” otellərinə yeni baş icraçı təyin edildi

Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxsdən 6 kiloqrama yaxın marixuana götürülüb

Cəbrayıl rayonunun düşmən tapdağından xilas edilməsindən üç il ötür

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyulu

Kolumbiyanın “Semana” jurnalı antiterror tədbirlərindən yazdı: “Nəhayət ki, ədalət qalib gəldi”

Nigerin baş naziri Fransanı yeni hakimiyyətin nümayəndələrini öldürmək planlarında ittiham edib

Çexiya Prezidenti: Yeni geosiyasi çağırışlar Avropa İttifaqının genişlənməsinin yeni dinamikasını tələb edir

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni ilk dəfə raket atəşinə tutmasından üç il ötür

2024-cü il Olimpiadası ərəfəsində Parisdə otel qiymətləri 3,5 dəfədən çox artıb

ABŞ-da universitetdə atışma nəticəsində 4 nəfər yaralanıb, polis əraziyə cəlb olunub

Qara çay diabet riskini azaldır

Florensiyada “Airbnb” xidmətindən istifadə qadağan edilib

İsrailin Xarici İşlər Nazirliyi Kanadanı minlərlə nasisti gizlətdiyini etiraf etməyə çağırıb

Banqkokda ticarət mərkəzində baş verən atışmada iki nəfər ölüb

Azərbaycan MDB-nin XVII Delfi oyunlarında iştirak edəcək

İspaniya Kralı Baş nazir postuna Sosialist Partiyasının liderinin namizədliyini irəli sürüb

Güclü leysan Gürcüstanın qərb bölgəsində bir sıra ciddi problemlər yaradıb

Səkkiz ayda ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Qırğızıstanda 71 nəfər qidadan zəhərlənib

Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti üzərinə götürən Milan Radoiçiç saxlanılıb

Çin “Change 8” missiyası çərçivəsində Aya beynəlxalq kosmik gəmilər göndərməyə hazırdır

Nigeriyada qayığın batması nəticəsində 22 nəfər ölüb

Çempionlar Liqası: “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”ə qalib gəlib

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Venesiyada avtobus yerüstü keçiddən aşıb, 21 ölü, 12 yaralı - YENİLƏNİB

Fərid Qayıbov ISESCO-nun baş direktoru ilə görüşüb

Avropa Kuboku: "Sabah" basketbol klubu ardıcıl ikinci qələbəsini qazanıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib

Taylandda 4 minə yaxın ev daşqınlardan zərər çəkib

Azərbaycan Polşada keçirilən Beynəlxalq Musiqi Festivalında təmsil olunub

Şəhid Həsən Həsənovun xatirəsi anılıb

"Mercedes" traktorla toqquşdu, bir nəfər öldü, bir nəfər yaralandı

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb

Adil Əliyev: Xalqımızın 30 il əvvəlki seçimi dövlətimizin qüdrətinin əsasını təşkil etdi

Dövlət Dumasının sədri Ermənistanın Roma statutunu qəbul etməsini strateji səhv adlandırıb

Cənubi Qafqazla bağlı “fəaliyyəti” “yarımçıq” qalan USAID yenidən öz ampluasında... ŞƏRH

“İkili standart siyasətini, nəhayət dayandırmaq lazımdır” - Elçin Əmirbəyov “Radio J” kanalına müsahibə verib

Ukrayna Milli Vəkillər Kollegiyası ilə əməkdaşlıq daha da gücləndirilir

Zərərvericilərin qışlama yerlərini maksimum azaltmaq üçün tikililərdə təmizləmə işləri aparılmalıdır

ABŞ-ın ən varlı vətəndaşlarının siyahısına İlon Mask başçılıq edir

Rumıniya qəzetində Türk dövlətlərinin əməkdaşlığı barədə məqalə dərc olunub

Nigeriyada qanunsuz fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayışda 37 nəfər ölüb

APCICT təlim mərkəzinin heyəti və DİM nümayəndələri arasında görüş keçirilib

İtaliya xəbər portalı Qarabağda baş verən son hadisələrdən yazıb

Yürütdüyü şəffaf və sabit siyasət Azərbaycanın digər dövlətlərlə əlaqələrinin dərinləşməsinə imkan verib - RƏY

Kəmər güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub

Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışını edib

Elm və təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

Türkiyənin rəsmi şəxslərinə “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Filmlərin yayımı və nümayişi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 iyul tarixli 165 nömrəli və “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 105 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fərid Qayıbov Lənkəranda Regional Boks Mərkəzinin vəziyyəti ilə tanış olub

Parlamentdə dövlət ehtiyatları ilə bağlı yeni qanun layihəsi müzakirə olunub

“Heydər Əliyevin əsərləri Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi" - BDU-da elmi seminar

Azərbaycanda iki peyk istehsal olunacaq, 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Bəxtiyar Əliyev: Döyüş əməliyyatlarının iştirakçılarına sosial dəstək dövlət siyasətinin əsas prioritetlərindəndir

AQTİ əməkdaşları Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb

BDU-nun rektoru Beynəlxalq Astronavtika Akademiyasının fundamental elmlər üzrə müxbir üzvü seçilib

Şabranda səhiyyə müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

Bu il kosmosa uçacaq Türkiyə astronavtı: Azərbaycan bu sahədə potensiallı ölkədir - MÜSAHİBƏ

Azərbaycan vəkilləri İngiltərədə “Hüquq İli”nin rəsmi açılışında iştirak ediblər

Azərbaycan güləşçisi: Qələbəmi Vətən uğrunda canından keçən şəhidlərimizə həsr edirəm - MÜSAHİBƏ

Dmitri Peskov: Azərbaycanlı dostlarımızın Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları barədə bəyanatlarını diqqətlə dinləyirik

Bakı Dövlət Universiteti Beynəlxalq Astronavtika Federasiyasına rəsmi üzv seçilib

İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

Azərbaycanlı diplomat “France 24” telekanalında Ermənistanı riyakarlığa son qoyaraq sülh masasına oturmağa çağırıb VİDEO

“Universal Pictures” İlon Mask haqqında filmin çəkilməsinə beynəlxalq hüquqlar əldə edib

Oktyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsi

Azərbaycan İlahiyyat İnstitutunda Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir

ADPU-da “EduSimbioz” layihəsinin bağlanış mərasimi keçirilib

74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş poçt markalarının möhürlənmə mərasimi keçirilib VİDEO

Salim bin Məhəmməd əl-Malik: ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Fərid Qayıbov Masallı və Yardımlıda vətəndaşlarla görüşüb

Nazir Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib