RƏSMİ XRONİKA


Prezident İlham Əliyev NATO Dəstək Agentliyinin baş menecerini qəbul etmişdir VİDEO

Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mayk Laydeni qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin