Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur VİDEO

Naxçıvan, 7 aprel (AZƏRTAC). Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur.

Azərbaycanda tarixi, mədəni, dini abidələrin qorunması işinə yüksək diqqət göstərilir. Dövlətin bu sahədə həyata keçirdiyi konkret və çoxsaylı layihələr nəticəsində indi belə obyektlərin hamısı qorunaraq bərpa edilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması bu istiqamətdə Azərbaycan dövlətinin atdığı addımların nəticələrinin genişmiqyaslı olduğunu göstərir.

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda, Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilmişdir.

Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.

Kompleksin muzeyi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. Belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir.

Muzeyin, ümumilikdə kompleksin yaradılması bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir. Naxçıvan Muxtar Respublikasının ərazisindəki abidələrin 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Buranın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh peyğəmbərin məzarının olmasıdır. Bizim eradan əvvəl I əsrdə yəhudi tarixçisi İosif Flavi və bizim eranın II əsrində yunan coğrafiyaşünası Klavdiy Ptolemey Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, rus tədqiqatçısı K.A.Nikitin isə 1882-ci ildə nəşr etdirdiyi məqaləsində Naxçıvan şəhərinin əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğunu qeyd etmişdir.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində xalqımız tarixin bütün dövrlərində zəngin mədəniyyət və memarlıq nümunələri yaratmışdır. Tarixi araşdırmalar göstərir ki, bu memarlıq abidələri arasında özünəməxsus yeri olan Naxçıvanqala yalnız müdafiə məqsədi daşımamışdır. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. İlk orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edirlər. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilmişdir. Plana əsasən, qala iki hissədən – kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur. Xalqımız Narınqalanın qalıqlarını günümüzədək qoruyub saxlaya bilmişdir. Daş qatışığı olan möhrədən tikilən qala divarları yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınmış, onların damından döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunmuşdur. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar - saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Bu hadisə sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.

Diqqətə çatdırıldı ki, kompleksdəki mağarada da bərpa işləri aparılmışdır. Bir neçə istiqamətə, o cümlədən Naxçıvan çayına çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə etmişlər. Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.

Muzey kompleksi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur VİDEO

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib